Terror və təxribatların maliyyəçisi – USAİD-in fəaliyyəti ilə bağlı SENSASİON FAKTLAR

ABŞ Prezidenti Donald Tramp bir sıra ölkələrlə  yanaşı, Azərbaycana qarşı da qərəzli mövqe sərgiləyən Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) fəaliyyətini fevralın 1-dən etibarən dayandırıb. Üstəlik təşkilatın xərclərinin ABŞ-ın milli maraqlarına uyğun olmadığı açıqlanıb. Tramp USAİD-ı Dövlət Departamenti ilə birləşdirməyi planlaşdırır.

Korrupsiyada ittiham olunan USAİD

ABŞ Dövlət katibi Marko Rubio hazırda Agentliyin administratoru vəzifəsini icra etdiyini açıqlayıb. O bildirib ki, Vaşinqtonda USAID-in mənzil-qərargahı bağlıdır, işçilərə elektron poçt vasitələri ilə evdə qalmalarına dair tapşırıq gəlib.

Bundan bir qədər əvvəl isə Tramp USAİD rəhbərliyinin radikal dəlilərdən ibarət olduğunu və ABŞ-ın onlardan qurtulacağını bildirmişdi.

ABŞ-ın Hökumətin Effektivliyi Departamentinə rəhbərlik edən İlon Mask isə USAİD-i COVİD-19-un patogenləri də daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib. Mask USAİD-i “cinayətkar təşkilat” adlandırıb.

Onu da qeyd edək ki, 2021-ci ilin fevralında o zamankı Prezident Co Bayden ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Administratoru vəzifəsinə Samanta Paueri təyin etmişdi. Hansı ki, Tramp andiçmə mərasimindən dərhal sonra onu bu vəzifədən uzaqlaşdırıb. Samanta Pauer cinayətkar Ruben Vardanyanla da əməkdaşlıq edib. Pauer vaxtilə Vardanyandan Avrora Mükafatının Seçki Komitəsinin daimi üzvü kimi, xeyli məbləğdə pul da alıb. Bu fonda Samanta Pauerin sonradan formalaşan ermənipərəst mövqeyinin, onların daimi dəstəkçisi olma səbəbi aydın olur.

Samanta Paueri də Bob Menendezin aqibəti gözləyir?

Xatırladaq ki, Bu yaxınlarda ABŞ-ın ermənipərəst senatoru Bob Menendez həbs edildi. Senatorun evinə baxış zamanı külli miqdarda nağd pul, dəbdəbəli avtomobillər və qızıl külçələr aşkar edilib. Hansı ki, bu şəxs erməni diasporundan aldığı külli miqdarda pullara görə Azərbaycana qarşı kəskin və qərəzli mövqe tuturdu. Samanta Pauerlə bağlı məsələ də bununla oxşarlıq təşkil edir. Samanta Pauerin rus casus Vardanyanla bu qədər yaxın əlaqəsi ağla başqa şübhələr də gətirir.

Digər mühüm məqam isə ondan ibarətdir ki, USAİD korrupsiyada, yəni ehtiyacı olan ölkələrə və icmalara yardım proqramına yönəldilməli olan vəsaitlərin oğurlanmasında ittiham olunur.

Bütün fəaliyyəti dövründə USAİD Azərbaycanda layihələrin maliyyələşdirilməsinə 450 milyon dollar xərcləyib. Həmin vəsaitin böyük bir hissəsi isə məhz ölkəmizdə təxribatların hazırlanmasına yönəlib.

“USAİD terroru maliyyələşdirib”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, USAİD-in fəaliyyətinin dayandırılması ilə bağlı qəbul edilən qərar Tramp adminstrasiyasının verdiyi mühüm qərarlardan biridir:

“50 milyard dollardan çox büdcəsi olan bu təşkilatın büdcəni nəyə xərclədiyilə bağlı ciddi şübhələr yaranıb. Bəlli olur ki, USAİD büdcəsinin bir hissəsini Suriyada terrorçuların maddi təminatına, Əfqanıstandakı radikal qruplaşmaların təşkilinə xərcləyib. USAİD bir çox belə bənzər hallara yol verməklə ABŞ-ın demokratik imicinə ciddi zərbə vurub.

Ona görə də USAİD-in fəaliyyətinin araşdırılmasına ciddi ehtiyac var. Doğrudur, ilk mərhələdə praqmatik məntiqdən çıxış edən Tramp adminstrasiyası təşkilatın fəaliyyətini dayandırdı”.

Həmsöhbətimiz düşünür ki, gələcəkdə bu təşkilat ümumiyyətlə ləğv edilə bilər:

“Nəticə etibarı ilə bir ölkənin yaratdığı təşkilat ölkənin xarici siyasət məqsədlərinə xidmət etmirsə, beynəlxalq imic və nüfuzuna xələl gətirirsə, deməli onun barəsində daha ciddi tədbirlər görülməlidir. USAİD-in fəaliyyəti daha çox milli iradə üzərində hegemoniya qurmağa söykənib. Postsovet məkanı ölkələri vətəndaşlarının cəsusluğa cəlb edilməsi fəaliyyətilə, ictimai rəyi manipulyasiya etmək üçün media subyektlərinə bənzər subyektlər yaratmaqla məşğul olub. Bütün bunlar da həmin ölkələrdə narazılıq doğurub.

Rusiyada USAİD-in fəaliyyətinə qadağa qoyulub. Gürcüstan da onun fəaliyyətindən narazıdır. Bu ölkədəki radikal qrupları maliyyələşdirənlər də USAİD olub. Azərbaycanda da USAİD-in əməlləri göz qabağındadır”.

H.Babaoğlu vurğulayıb ki, USAİD perspektivi olmayan bir təşkilatdır:

“Azərbaycan Prezidentinin Tramp adminstrasiyasının USAİD-i bağlayacağının mümkünlüyü ilə bağlı bir neçə ay bundan əvvəl səsləndirdiyi fikirlər bu gün artıq öz əksini tapıb. Fikrimcə, bundan sonra ABŞ USAİD-in Amerika ilə düşmən etməyə cəhd etdiyi dövlətlər nəticə etibarı ilə bu ölkəyə dost münasibət göstərəcəklər. Çünki həmin münasibətlərə xələl gətirən USAİD kimi təşkilatın fəaliyyəti artıq dayandırılıb”.

Rüfət Sultan, Biizm.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

Ürəyi ən təmiz 5 BÜRC

Ürəyi ən təmiz 5 BÜRC

"Valideynlər, həyəcan təbili çalınır"

"Valideynlər, həyəcan təbili çalınır"

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

ARB tanınmış müğənniyə qadağa qoyub?

ARB tanınmış müğənniyə qadağa qoyub?

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

Bakıda qadın evinin həyətində ölü tapıldı

Bakıda qadın evinin həyətində ölü tapıldı

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

Abbas Əraqçinin Kərbəladan yayılan görüntüləri GÜNDƏM OLDU – FOTO/VİDEO

Abbas Əraqçinin Kərbəladan yayılan görüntüləri GÜNDƏM OLDU – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO