İranın cavabı nə vaxt və necə veriləcək? - VİDEO

Son həftələr Zəngəzur dəhlizi ağrısı ilə miqreni tutan İranın başı indi daha bərk ağrıyır. İsrail boyda dərdi var. Dünyanın intizarına son qoyub cəsarətlənməyi bacardı. Həmas lideri Haniyə, Hizbullah lideri Nəsrullah, SEPAH komandiri Nilfruşan.

Bizim.Media xəbər verir ki, bu fikirlər İTV-nin “Yekun Xəbər” proqramında yer alıb.

Aparıcının sözlərinə görə, İran bu üç önəmli şəxsinin intiqamını oktyabrın 1-də aldı:

“Qisasın qısa xülasəsi: İsrailə atılan 180 ballistik raket, 1 ölü. Ölən də fələstinli idi. Həmin gün İsraildə törədilən terror aktı bu hücumdan daha çox can aldı - 7 ölü. İranın İsrailə zərbələri tarixdə ən böyük ballistik raket hücumu hesab edilir. Raketlərdən çox azı hədəfi vura bildi. Amma İran Nevatim aviabazasının zərər görməsinə nail oldu. Hər halda göstərdi ki, kütləvi ballistik raket buraxa, “Dəmir Günbəz”i yara bilir.  Qisas belə olmalı idimi? Tehranın potensialını düşünsək, bəlkə də bu, İran üçün güclü hesab edilə bilər. 

İranlılar da belə düşünmüş olmalıdır ki, gecə küçələrə çıxıb bayram edirdilər. İran mediası xalqı inandırmışdı ki, İran İsraili məhv edir. Onların sevincinə ermənilər də qoşulmuşdu.

Həmin axşam Ermənistan mediası özünü İran mətbuatı kimi aparırdı. Cavabın necəliyindən asılı olmayaraq, İran gözləniləni etdi. İndi gözlər İsraildədir.

İranın cavabı nə vaxt və necə veriləcək? Netanyahu əmin edir ki, cavab mütləq olacaq. İsrailə zərbənin xeyir-duasını İranın Ali lideri Xamenei vermişdi. Onu buna SEPAH əmin etmişdi. İran güclü görünmək istəyirsə, yeganə yol İsrailə cavab verməkdir. SEPAH İran prezidentini isə saya salmamışdı”.

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Venesuelanın 17 neft yatağı ABŞ-ın nəzarətinə keçir – WSJ

Venesuelanın 17 neft yatağı ABŞ-ın nəzarətinə keçir – WSJ

Cəlilabadda ev yanaraq külə yandı

Cəlilabadda ev yanaraq külə yandı

İranın Ali Lideri müsəlman ölkələrini birliyə çağırdı

İranın Ali Lideri müsəlman ölkələrini birliyə çağırdı

Musiqi festivalında silahlı insident: Xəsarət alanlar var - VİDEO

Musiqi festivalında silahlı insident: Xəsarət alanlar var - VİDEO

Rusiyada sərt yanacaq bölgüsü iyerarxiyası formalaşıb

Rusiyada sərt yanacaq bölgüsü iyerarxiyası formalaşıb

Belçika dondurulmuş Rusiya aktivlərini Ukraynaya vermir - SƏBƏB

Belçika dondurulmuş Rusiya aktivlərini Ukraynaya vermir - SƏBƏB

"Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasındakı bütün rəqibləri bəlli oldu

"Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasındakı bütün rəqibləri bəlli oldu

İslandiyada Aİ-yə üzvlüklə bağlı cəmiyyət iki yerə bölünüb

İslandiyada Aİ-yə üzvlüklə bağlı cəmiyyət iki yerə bölünüb

Ararat Mirzoyan xarici ölkə səfirləri ilə Türkiyə sərhədində

Ararat Mirzoyan xarici ölkə səfirləri ilə Türkiyə sərhədində

Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA

Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA

Yer kürəsinin ən quraq səhrasına qar yağıb - FOTO

Yer kürəsinin ən quraq səhrasına qar yağıb - FOTO

Rusiya Müdafiə Nazirliyi: Bir gecədə 494 Ukrayna PUA-sı məhv edilib

Rusiya Müdafiə Nazirliyi: Bir gecədə 494 Ukrayna PUA-sı məhv edilib

Nepalda sel basmış evin damından yeniyetmə belə xilas edildi - VİDEO

Nepalda sel basmış evin damından yeniyetmə belə xilas edildi - VİDEO

Avtobus qəzasında xəsarət alanların sayı 38-ə çatdı - FOTO

Avtobus qəzasında xəsarət alanların sayı 38-ə çatdı - FOTO

Kiyevə dron hücumu: 3 yaralı var - FOTO

Kiyevə dron hücumu: 3 yaralı var - FOTO

Azərbaycan XİN Türkiyəni təbrik etdi - FOTO

Azərbaycan XİN Türkiyəni təbrik etdi - FOTO

FHN-dən gözlənilən qeyri-sabit hava ilə bağlı əhaliyə MÜRACİƏT

FHN-dən gözlənilən qeyri-sabit hava ilə bağlı əhaliyə MÜRACİƏT

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinala yüksəldi

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinala yüksəldi

Kiyev yaxınlığında sursat anbarında baş verən partlayışın daha bir VİDEOSU yayıldı

Kiyev yaxınlığında sursat anbarında baş verən partlayışın daha bir VİDEOSU yayıldı

Leninqrad vilayətində neft emalı zavodu yanır - VİDEO

Leninqrad vilayətində neft emalı zavodu yanır - VİDEO

Süni intellektin istifadəçilərin nəzarətindən çıxması halları çoxalıb

Süni intellektin istifadəçilərin nəzarətindən çıxması halları çoxalıb

Yoxsulluq beynin həcmini azaldır, orqanizmin qocalmasını sürətləndirir - FOTO

Yoxsulluq beynin həcmini azaldır, orqanizmin qocalmasını sürətləndirir - FOTO

Finlandiya prezidenti: “Rusiyanın nə vaxtsa NATO-ya hücum etmək istəyəcəyinə inanmıram” - VİDEO

Finlandiya prezidenti: “Rusiyanın nə vaxtsa NATO-ya hücum etmək istəyəcəyinə inanmıram” - VİDEO

Ağrı dağında Nuhun gəmisinin qalıqları tapılıb? - FOTO

Ağrı dağında Nuhun gəmisinin qalıqları tapılıb? - FOTO

End of content

No more pages to load

RADİO