Volodimir Zelenski üçün 2024 Ukrayna Prezidenti kimi sonuncu ildir.
Bizim.Media xəbər verir ki, bunu ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter Ukrayna liderinin rəsmi “X” hesabında Yeni il müraciəti ilə bağlı paylaşımına yazdığı şərhdə qeyd edib.
"Bu təbrikləri özünüz yazdınız, cənab prezident? Yoxsa sizə kömək etdilər? Yeni iliniz mübarək.
2024-cü il Ukrayna kimi tanınan uğursuz dövlətin prezidenti olaraq sizin üçün sonuncu olacaq. Baş verənlər yalnız və yalnız sizin uğursuzluqlarınızdır", - deyə Ritter yazıb.
Bizim.Media