“Ukrayna münaqişəsinin həlli üçün şans var”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadiyyat Forumunda çıxışında deyib.
O bildirib ki, kəşfiyyat kanalları vasitəsilə Kiyevlə təmaslar davam edir.
“Rusiya və Ukrayna hər şeydən əvvəl öz aralarında razılığa gəlməlidirlər. Bütün digər ölkələr yalnız dəstək və yardım təklif edə bilərlər. Amma sonda və hər şeydən əvvəl, bu problem münaqişədə iştirak edən ölkələr - Rusiya və Ukrayna tərəfindən həll edilməlidir”, - deyə Putin əlavə edib.
Bizim.Media