Salyanda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti məlum olub.
Bizim.Media xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Salyan-Şirvan avtomobil yolunun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsindəki qəzada yaralanan beş nəfər (üç kişi, iki qadın) sentyabrın 3-də saat 08:00-da Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbələrdə müalicələri davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Bizim.Media