Üç imperiyanı tək sözlə birləşdirən Azərbaycan rayonu – Buradakı nadir dağdan cəmi iki ölkədə var

Üç imperiyanı tək sözlə birləşdirən Azərbaycan rayonu – Buradakı nadir dağdan cəmi iki ölkədə var
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bəzi yerlərin tarixini sadəcə oxumaqla  anlamaq olmur. Onların keçmişini bilmək üçün adlarının izinə düşmək, qədim yollarını, qalalarını, tayfalarını, hökmdarlarını ardıcıl olaraq izləmək lazımdır. Qazax da belə yerlərdəndir.

Azərbaycanın qərbində, tarix boyu böyük imperiyaların  maraqlarının toqquşduğu bir məkanda yerləşən Qazax əsrlər boyunca yalnız yaşayış məntəqəsi olmayıb. O, gah sultanlıq, gah qəza, gah da şəhər kimi fərqli siyasi quruluşların içində öz mövcudluğunu qoruyub. Səfəvi, Osmanlı, Rusiya imperiyaları arasındakı siyasi mübarizələrin təsir dairəsində qalan bu torpaq, Qafqazın ən həssas nöqtələrindən birinə çevrilib.

Getdikcə kiçilən sultanlıq

Qazax 1909-cu ildən şəhər statusu alıb, hazırda isə rayon mərkəzidir. Ümumilikdə isə ərazinin 8 min illik tarixi var: bunu Damcılı, Babadərviş mağaralarında tədqiqatlar aparan yapon tarixçiləri isbatlayıb. Qazax haqqında ilk rəsmi məlumat isə VII əsrdə ərəb tarixçisi Əl Kufi tərəfindən "Kasak"  olaraq verilib.  

XV əsrin sonlarında Qazax sultanlığı yaradılıb. Səfəvilər dövründə Qazax sultanlığı Qarabağ bəylərbəyliyinə daxil idi. Qazax sultanlığının hakimləri sultan titulu daşıyırdılar və irsi hakimiyyətə malik idilər. Osmanlı sultanı III Əhmədin (1703-1730) dövründə qazaxlılar osmanlıların tərəfinə keçdiyinə görə səfəvilər yenidən Qazaxı geri alarkən rəhbərliyə İran əsilli Sübhanverdi adlı sərkərdə təyin edildi.

1736-cı ildə Nadir şah özünü şah elan etdikdə Qarabağ bəylərbəyi Uğurlu xan Ziyad oğlu onun hakimiyyətinə etirazını bildirdi. Bu səbəbdən Nadir şah taxta əyləşdikdən sonra Qazağı Kaxetiya çarlığına verdi. 1801-ci ildən isə Qazax sultanlığı Qərbi Gürcüstanın təkibində Rusiyaya birləşdirildi. 1819-cu ildə sultanlıq ləğv edilib, Qazax qəzası adlanıb. Nəhayət Sovet dövründə kiçilərək 1930-cu ildə  rayon olaraq saxlanılıb.

Təbiətin ən nadir hadisəsindən biri Qazaxdadır

Qazaxın özünəməxsus təbiəti var: dağları, çayları ilə ad qazanıb. Amma bunların içərisindəki məşhur Göyəzən dağının coğrafi quruluşu onu dünyanın iki nadir hadisəsindən biri edib. Təbaşir dövründə püskürmüş vulkan sanki havadaca donub qalıb, düzənliyə basdırılmış möhtəşəm sütuna bənzəyir. Geoloji  xüsusiyyətinə görə Mount-Pele dağından (Vest-hind adalarından biri olan Martinika adasında) sonra dünyada ikinci dağ sayılır. Ətəyində qədim yaşayış yerinin, yeddibürclü qalanın qalıqları var. Göyəzən dağının adı IX əsrə aid gürcü mənbəyində Kavazin olaraq qeydə alınıb.

Çoxlarını maraqlandıran sual: “Qazax” sözü orta Asiyanın ən böyük dövləti olan Qazaxıstanla və Qafqazın atamanları kazaklarla əlaqəlidirmi?

Toponim özündə qıpçaq mənşəli "qazax" etnik birliyinin adını əks etdirir, lakin qıpçaqlar bu zonaya sonradan gəlib. XI-XII əsrlərdə gürcü çarlarının hərbi qüvvə kimi Şimali Qafqazdan Şərqi Gürcüstana kütləvi surətdə qıpçaq ailələri köçürdükləri məlumdur. Türkdilli əhali sayca çoxluq təşkil etdiyi ucun Şərqi Gürcüstan XI-XIII-cu əsr gürcü mənbələrində Didi Turkoba (Böyük türk obası) adlanırdı. Görünür, həmin qıpçaqların əksəriyyəti qazaxlar olmuşlar.

Ümumiyyətlə isə “qazaq” (əslində “gəzək”) sözü bütün türk dillərində mövcuddur. Etnonimdən yaranan bu söz: “gəzən, köçəri, sərgərdan, azad insan” mənasındadır. Heç kəsə məhəl qoymamaqla öz kefinə yaşayan insanlar adətən güclü, özgüvənli olduğu üçün yaxşı da döyüşçü olurdular. İlk olaraq tarixdə tatarlar onları süvari kimi ordusuna qatıb, daha sonra isə atamanları ilə ad çıxardığını görəndə ruslar da Qafqazda ən güclü kazak dəstələri yaradıblar.  

Bir sözlə, bu iki etnosla ortaq kök var, amma tam olaraq da “eynidirlər” demək olmaz.

Daha bir varianta görə isə "qazax" sözü kaspi və sak kimi iki qədim tayfanın adlarının birləşməsindən əmələ gəlib.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

"Qızımı belə böyütməməli idim"

"Qızımı belə böyütməməli idim"

Keçmiş sevgililər geri qayıda bilər: Bu bürclərin nəzərinə

Keçmiş sevgililər geri qayıda bilər: Bu bürclərin nəzərinə

Pezeşkian Moskvayaya gedir: Nəyi müzakirə edəcəklər?

Pezeşkian Moskvayaya gedir: Nəyi müzakirə edəcəklər?

Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

Merz narahatdır: Almaniya-Rusiya yeni müharibəyə başlaya bilər?

Merz narahatdır: Almaniya-Rusiya yeni müharibəyə başlaya bilər?

Mona Lizanı görə bilmədilər

Mona Lizanı görə bilmədilər

ABŞ geri çəkilir, Avropaya çağırış: Ukraynanı yalnız siz xilas edə bilərsiniz

ABŞ geri çəkilir, Avropaya çağırış: Ukraynanı yalnız siz xilas edə bilərsiniz

Ölüm xəbəri yayılan Kim Çen İn Çində belə qarşılandı - VİDEO

Ölüm xəbəri yayılan Kim Çen İn Çində belə qarşılandı - VİDEO

Ərdoğan: Milli kimliyimizi itirdik, tarixi məscidlərimizi tövləyə çevirdilər

Ərdoğan: Milli kimliyimizi itirdik, tarixi məscidlərimizi tövləyə çevirdilər

Payız depressiyasının çarəsi olan 10 qida

Payız depressiyasının çarəsi olan 10 qida

Dünyada süd vəzi xərçəngi ilə bağlı yeni statistika açıqlanıb

Dünyada süd vəzi xərçəngi ilə bağlı yeni statistika açıqlanıb

Tramp Rusiyaya qarşı yeni sanksiyaların ləğvinə hazırlaşır

Tramp Rusiyaya qarşı yeni sanksiyaların ləğvinə hazırlaşır

2026-cı ilin ən yaxşı hibrid avtomobilləri seçildi – SİYAHI

2026-cı ilin ən yaxşı hibrid avtomobilləri seçildi – SİYAHI

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar

Avtobusda sürücü və sərnişin arasında DAVA – VİDEO

Avtobusda sürücü və sərnişin arasında DAVA – VİDEO

Təzə İphone almaq üçün qısa müddətə pul yığmağın yolu – Bu cədvəli çəkin - FOTO

Təzə İphone almaq üçün qısa müddətə pul yığmağın yolu – Bu cədvəli çəkin - FOTO

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

Tələbəni öldürüb, tutulmamaq üçün cinsiyyətlərini DƏYİŞDİLƏR

Tələbəni öldürüb, tutulmamaq üçün cinsiyyətlərini DƏYİŞDİLƏR

Tovuzda köməksiz vəziyyətdə qalan körpə belə xilas edildi – VİDEO

Tovuzda köməksiz vəziyyətdə qalan körpə belə xilas edildi – VİDEO

Paytaxtda leysan XƏBƏRDARLIĞI

Paytaxtda leysan XƏBƏRDARLIĞI

Dilarə Əliyevaya vəzifə verildi

Dilarə Əliyevaya vəzifə verildi

Gələcəyə inamını itirən gənclik -Niyə yatırım etmək əvəzinə kor-koranə pul xərcləyirlər?

Gələcəyə inamını itirən gənclik -Niyə yatırım etmək əvəzinə kor-koranə pul xərcləyirlər?

Zığda yaşayış binasındakı yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Zığda yaşayış binasındakı yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Üçtərəfli görüş harada baş tutacaq?

Üçtərəfli görüş harada baş tutacaq?

End of content

No more pages to load

RADİO