ABŞ prezidenti Donald Tramp şahzadə Harri və Meqan Marklın ABŞ-ı tərk edərək Böyük Britaniyaya qayıtmasından məmnun olduğunu bildirib və heç vaxt bu cütlüyün pərəstişkarı olmadığını etiraf edib.
Bizim.Media xəbər verir ki, Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp Sasseks hersoqlarını monarxiyaya qarşı "böyük hörmətsizlikdə" ittiham edib və əlavə edib ki, əgər o, kral ailəsinin yerində olsaydı, onların üzünə qapıları bağlayardı:
"Mən hesab edirdim ki, onlar kral ailəsinə qarşı böyük hörmətsizlik nümayiş etdirdilər. Mənə onun (Meqanın) Kraliçaya və kral Çarlza qarşı davranışı dəhşətli dərəcədə hörmətsiz görünürdü".
ABŞ lideri mərhum Kraliça ilə və kral Çarlzla hər zaman əla münasibətlərə malik olduğunu vurğulayıb:
"Kralı hələ şahzadə olarkən tanıyımışıq, o, əla oğlandır".
Xatırladaq ki, altı illik ABŞ həyatından sonra şahzadə Harri və Meqan Markl övladları Arçi və Lilibetlə birlikdə Britaniyaya qayıdıblar. Onların uzunmüddətli yaşayış yeri kimi Kotsvolds regionunu nəzərdən keçirdikləri bildirilir.
Bizim.Media