Pensiyalarla bağlı mühüm XƏBƏR: 5 il azaldılması...

Azərbaycanda çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və demoqrafik vəziyyətin yaxşılaşdırılması ilə bağlı müxtəlif təkliflər zaman-zaman gündəmə gəlir. Xüsusilə üç və daha çox uşağı olan ailələr üçün ayrıca aylıq müavinətin tətbiqi məsələsi ailələrin maddi yükünün azaldılması baxımından müzakirə mövzusudur.

Bəs, hazırda üç və daha çox uşağı olan ailələrə ayrıca aylıq müavinət verilməsi ilə bağlı konkret təklif və ya müzakirə varmı və belə bir ödənişin tətbiqi ailələrin sosial vəziyyətinə və ölkədə demoqrafik göstəricilərə necə təsir edə bilər?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, çoxuşaqlı ailə anlayışının yenidən nəzərdən keçirilməsi və bu kateqoriyaya aid uşaqların sayının 5-dən 3-ə endirilməsi ilə bağlı təkliflər Milli Məclisə təqdim edilib:

"Bunun əsas səbəbi son illərdə 5 və daha çox uşağı olan ailələrin sayının çox olmamasıdır. Təklifimiz ondan ibarətdir ki, 3 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilsin. Təklif qəbul olunacağı halda, 3 və daha çox uşağı olan ailələr dövlət tərəfindən aylıq müavinət almaq hüququ əldə edə biləcəklər. Yəni hər uşağa görə müavinət ödənilməsi nəzərdə tutulur. Eyni zamanda, həmin ailələrdə anaların, bəzi hallarda isə ataların daha erkən pensiyaya çıxması üçün imkan yaradıla bilər".

Deputat bildirib ki, təklifə əsasən, üç uşaqlı ailələrdə pensiya yaşının 3 il, dörd uşaqlı ailələrdə 4 il, beş və daha çox uşağı olan ailələrdə isə 5 il azaldılması nəzərdə tutulur:

"Düşünürük ki, bu dəyişiklik həm təbii artımın dəstəklənməsi, həm də 3 və daha çox uşağı olan ailələrin sosial baxımdan daha yaxşı təmin edilməsi baxımından məqsədəuyğun ola bilər. Beləliklə, çoxuşaqlı ailə anlayışına yanaşmanın dəyişdirilməsi daha çox ailənin dövlət büdcəsindən aylıq müavinət almasına və valideynlərin daha erkən pensiyaya çıxmasına imkan yarada bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Baldızının toyuna yox, tətilə getdi, tənqid olundu -Fotolar

Baldızının toyuna yox, tətilə getdi, tənqid olundu -Fotolar

Salyan qəzasında xəsarət alanların SON durumu

Salyan qəzasında xəsarət alanların SON durumu

Qızı Lalə Azərtaşı sevindirdi

Qızı Lalə Azərtaşı sevindirdi

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatının qalibləri BƏLLİ OLDU

Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatının qalibləri BƏLLİ OLDU

Putin: “Ukrayna münaqişəsinin həlli üçün şans var” – VİDEO

Putin: “Ukrayna münaqişəsinin həlli üçün şans var” – VİDEO

Paşinyan: “Rusiya bazanı çıxarmaq qərarına gəlsə, etiraz etməyəcəyik” - FOTO

Paşinyan: “Rusiya bazanı çıxarmaq qərarına gəlsə, etiraz etməyəcəyik” - FOTO

Mərkəzi Bank iki şirkəti CƏRİMƏLƏDİ

Mərkəzi Bank iki şirkəti CƏRİMƏLƏDİ

Pensiyalarla bağlı mühüm XƏBƏR: 5 il azaldılması...

Pensiyalarla bağlı mühüm XƏBƏR: 5 il azaldılması...

Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR - Azərbaycanda bədən üzvlərini sığortalayan varmı?

Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR - Azərbaycanda bədən üzvlərini sığortalayan varmı?

Azərbaycanlı aktrisadan diqqətçəkən PAYLAŞIM - FOTO

Azərbaycanlı aktrisadan diqqətçəkən PAYLAŞIM - FOTO

Yaxın 2 gündə hava necə olacaq?

Yaxın 2 gündə hava necə olacaq?

Tramp şahzadə Harri və Meqan Marklı tənqid etdi: “Bu cütlüyün pərəstişkarı deyiləm"

Tramp şahzadə Harri və Meqan Marklı tənqid etdi: “Bu cütlüyün pərəstişkarı deyiləm"

Yayım tarixi bəlli oldu

Yayım tarixi bəlli oldu

Kreditinizi Birbank-a gətirin, 80 000 manatadək məbləği 6%-dək güzəştlə əldə edin

Kreditinizi Birbank-a gətirin, 80 000 manatadək məbləği 6%-dək güzəştlə əldə edin

Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına 13 il həbs verildi

Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına 13 il həbs verildi

"İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olundu

"İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olundu

Sərnişinlər tıxacda qaldı: M3 niyə əvvəlki yolla getmir?

Sərnişinlər tıxacda qaldı: M3 niyə əvvəlki yolla getmir?

Avqustun ən isti günü AÇIQLANDI

Avqustun ən isti günü AÇIQLANDI

Təhlükəli alaq otu: Görəndə uzaq durun - Dərmanlar belə kömək etmir

Təhlükəli alaq otu: Görəndə uzaq durun - Dərmanlar belə kömək etmir

Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanıldı – FOTO

Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanıldı – FOTO

Messinin varisi o oldu

Messinin varisi o oldu

Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi

Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi

ABŞ məhkəməsi Trampın bu fərmanının icrasını dayandırdı

ABŞ məhkəməsi Trampın bu fərmanının icrasını dayandırdı

End of content

No more pages to load

RADİO