Şimali Kiprdə saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı YENİ XƏBƏR

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar Azərbaycan vətəndaşları məsuliyyətli şəxslər deyillər.

Bizim.Media xəbər verir ki, bunu report.az-a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu bildirib.

O, deyib ki, qəza ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılanlar Azərbaycan vətəndaşları Valeh Hümbətov, Rəşad İbrahimov və Qədir Quliyev haqqında istintaq materialları toplanır:

"Bu gün ikinci hazırlıq məhkəməsi keçirilib. Ancaq qəza baş verməsi ilə bağlı məhkəmə qərarvermə mərhələsində deyil. Bizim vətəndaşlarımız, yüksək səlahiyyət sahibi deyildilər ki bu qəzanın baş verməsi və ya baş verməməsi ilə bağlı qərar qəbul eləsinlər".

O qeyd edib ki, gəmidə çalışan üç Azərbaycan vətəndaşı texniki personal olub.

"Məhkəmənin ilk hazırlıq iclasında bunların həbs olunması ilə bağlı üç günlük həbs qəti imkan tədbiri seçilmişdi. Bu qərar onların, həmçinin bizim vətəndaşlarımız daxil olmaqla, personalının günahkar olmasına anlamına gəlmir.

Bu istintaq prosesində məlum olacaq. Hadisənin iştirakçıları, sərnişinlər, gəmi limanındakı personal da daxil olmaqla, polis son üç gün ərzində yüzə yaxın şəxsdən izahat aldı. Bu gün məhkəmə ikinci dəfə hazırlıq iclasını keçirirdi və əldə olunan dəlillərin yetərli olmaması səbəbindən növbəti məhkəmə iclasının tarixini səkkiz gün sonraya müəyyənləşdirdi".

Orxan Həsənoğlu deyib ki, Azərbaycan vətəndaşları öz həyatlarını riskə ataraq, ağır qəza vəziyyətdə digərlərinə yardımçı olublar:

"Bizim vətəndaşlarımız barəsində cinayət tərkibli materiallar yoxdur. Onlar tamamilə humanizm prinsipləri ilə orada insanlara yardımçı olublar, xilas etməyə çalışıblar. Onlar gəmini ilk tərk edənlərdən olmayıblar. Gəminin kapitanı və köməkçisi gəmini tərk edib, mülki şəxslərin gətirdiyi qayıqlara minib uzaqlaşdığı halda, bizim vətəndaşlarımız öz həyatlarını riskə ataraq, insanlara qayğı göstərərək maksimum yardım etməyə çalışıblar".

O deyib ki, bununla bağlı topladıqları dəlillərin və materialların məhkəməyə təqdim olunmasını təmin edirlər.

"Oradakı vəkillər bizim vətəndaşlarımızın xeyrinə olan video materialları, çəkilişləri, sərnişinlərin ifadələrinə əsaslanan materialları maksimum şəkildə məhkəməyə təqdim etməyə çalışırlar. Qarşıdan gələn səkkiz gün ərzində, növbəti iclas gününə qədər biz maksimum materialları toplamağa çalışacağıq".

Avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb. Son məlumatlara görə, qəza nəticəsində 240 nəfər xilas edilib, 8 nəfər ölüb və 19 sərnişin üçün axtarış-xilasetmə işləri davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirildi

Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirildi

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı AÇIQLANDI

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı AÇIQLANDI

Üç imperiyanı tək sözlə birləşdirən Azərbaycan rayonu – Buradakı nadir dağdan cəmi iki ölkədə var

Üç imperiyanı tək sözlə birləşdirən Azərbaycan rayonu – Buradakı nadir dağdan cəmi iki ölkədə var

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Qobustanda ƏMƏLİYYAT: İran vətəndaşı ilə əlbir olan şəxslər tutuldu – FOTO/VİDEO

Qobustanda ƏMƏLİYYAT: İran vətəndaşı ilə əlbir olan şəxslər tutuldu – FOTO/VİDEO

ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

Putin Rusiyada səfərbərlik barədə iddiaları təkzib etdi – VİDEO

Putin Rusiyada səfərbərlik barədə iddiaları təkzib etdi – VİDEO

Tanınmış bəstəkar və ailəsi faciəvi şəkildə öldürüldü

Tanınmış bəstəkar və ailəsi faciəvi şəkildə öldürüldü

Şimali Kiprdə saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı YENİ XƏBƏR

Şimali Kiprdə saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı YENİ XƏBƏR

Bu avtomobili 20 il əvvəl alanlar indi yüz minlərlə avro qazanıb – FOTOLAR

Bu avtomobili 20 il əvvəl alanlar indi yüz minlərlə avro qazanıb – FOTOLAR

Baldızının toyuna yox, tətilə getdi, tənqid olundu -Fotolar

Baldızının toyuna yox, tətilə getdi, tənqid olundu -Fotolar

Salyan qəzasında xəsarət alanların SON durumu

Salyan qəzasında xəsarət alanların SON durumu

Qızı Lalə Azərtaşı sevindirdi

Qızı Lalə Azərtaşı sevindirdi

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatının qalibləri BƏLLİ OLDU

Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatının qalibləri BƏLLİ OLDU

Putin: “Ukrayna münaqişəsinin həlli üçün şans var” – VİDEO

Putin: “Ukrayna münaqişəsinin həlli üçün şans var” – VİDEO

Paşinyan: “Rusiya bazanı çıxarmaq qərarına gəlsə, etiraz etməyəcəyik” - FOTO

Paşinyan: “Rusiya bazanı çıxarmaq qərarına gəlsə, etiraz etməyəcəyik” - FOTO

Mərkəzi Bank iki şirkəti CƏRİMƏLƏDİ

Mərkəzi Bank iki şirkəti CƏRİMƏLƏDİ

Pensiyalarla bağlı mühüm XƏBƏR: 5 il azaldılması...

Pensiyalarla bağlı mühüm XƏBƏR: 5 il azaldılması...

Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR - Azərbaycanda bədən üzvlərini sığortalayan varmı?

Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR - Azərbaycanda bədən üzvlərini sığortalayan varmı?

Azərbaycanlı aktrisadan diqqətçəkən PAYLAŞIM - FOTO

Azərbaycanlı aktrisadan diqqətçəkən PAYLAŞIM - FOTO

Yaxın 2 gündə hava necə olacaq?

Yaxın 2 gündə hava necə olacaq?

Tramp şahzadə Harri və Meqan Marklı tənqid etdi: “Bu cütlüyün pərəstişkarı deyiləm"

Tramp şahzadə Harri və Meqan Marklı tənqid etdi: “Bu cütlüyün pərəstişkarı deyiləm"

Yayım tarixi bəlli oldu

Yayım tarixi bəlli oldu

End of content

No more pages to load

RADİO