Ukrayna Prezidenti Volodimir Zelenskinin Kanadanın Baş naziri Castin Trüdo ilə telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Zelenski özünün “Telegram” kanalında məlumat verib.
Ukrayna liderinin sözlərinə görə, o, Trüdoya əlavə NASAMS hava hücumundan müdafiə sistemləri və onlar üçün mərmilərin tədarükünə görə təşəkkür edib.
Zelenski əlavə edib ki, Kanadanın baş naziri ilə Ukrayna üçün təhlükəsizlik təminatları üzrə danışıqların intensivləşdirilməsi ilə bağlı razılığa gəlib.
Bizim.Media