Rusiya 2024-cü ildə Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik edəcək.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu vəzifə Qırğızıstandan Rusiyaya keçib.
Bu il Rusiyanın sədrlik proqramına 150-yə yaxın tədbir daxil olacaq ki, onlardan da əsası oktyabrın 8-də Moskvada keçirilməsi planlaşdırılan növbəti sammit olacaq.
Qeyd edək ki, MDB hazırda 9 ölkədən ibarətdir: Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan.
Bizim.Media