Qazaxıstan Rusiya-Qazaxıstan-İran marşrutu üzrə fiber-optik rabitə xətti çəkməyi təklif edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Avrasiya İttifaqı Ali İqtisadi Şurasının geniş tərkibdə iclasında bildirib.
“Bu, Avrasiya məkanında tranzit daşımaları üçün alternativ marşrut yaratmaqla yanaşı, qlobal səviyyədə data logistikasında Avrasiya İqtisadi İttifaqının mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək”, - deyə Tokayev qeyd edib.
Bizim.Media