Paytaxtın Binəqədi rayonunda park edilmiş avtomobilə ziyan dəyib.
Bizim.Media xəbər verir ki, xəbər verir ki, hadisə sentyabrın 3-də saat 7 radələrində Süleyman Sani Axundov küçəsində qeydə alınıb.
Kadrlardan göründüyü kimi, yol kənarında yerləşən nəhəng ağacın iri budaqları qırılaraq park edilmiş "Toyota Aqua" avtomobilinin üzərinə düşüb. Nəticədə nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Hadisə yerinə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları cəlb olunublar. Qəzalı ağacın qırılmış budaqları ərazidən götürülüb və ağac budanıb. (avtosfer.az)
Bizim.Media