“İsrail müdafiə qüvvələri (İDF) yaxın günlərdə Qəzzaya hücumu artıracaq və bu müharibə hələ uzun müddət şiddətli döyüşlər fonunda davam edəcək”.
Bizim.Media xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfəri zamanı bildirib.
İsrailin baş naziri qeyd edib ki, hərbçilər ondan müharibəni dayandırmamağı xahiş ediblər:
“Media və telekanallar bizə sübut etməyə çalışırlar ki, biz hərbi əməliyyatları dayandırırıq. HƏMAS qruplaşmasından da dedilər ki, girovları azad etmək üçün ilk addımdan sonra dayanacaqlar, lakin davam etdilər. Ona görə də biz dayanmırıq, mübarizəmizi davam etdiririk”
Bizim.Media