"Terror hücumları ilə millətimizi bölmək dövrü bitib".
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sabiha Gökçen hava limanında yeni uçuş-enmə zolağının açılışında çıxışı zamanı deyib.
O bildirib ki, terrorçular daha Türkiyə xalqı arasında nifaq toxumu səpə bilməycəklər.
Prezident terrorla mübarizənin davam edəcəyini söyləyib:
“Terrorla bizi məğlub edə bilməyəcəklər. Bütün cəhdlərə baxmayaraq, kimsə bizim yolumuzu kəsə bilməyib. Türkiyə yüz ilinin qarşısını da ala bilməyəcəklər, uduzacaqlar”.
Türkiyə lideri vurğulayıb ki, terrorçuları dəstəkləyənlərə imkan yaradılmayacaq.
Bizim.Media