Son 24 saat ərzində Qəzza zolağında 201 nəfər həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı anklavın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, daha 368 nəfər yaralanıb.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Buna cavab olaraq İsrail ordusu "Dəmir Qılınclar" əməliyyatına başlayıb.
Bizim.Media