“Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında apardığı “Pəncə-Kilid” antiterror əməliyyatı bölgəsində Türkiyənin baza ərazilərinə sızmağa çalışan terrorçularla atışmada altı Türk əsgəri şəhid olub, bir əsgər yaralanıb”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, qarşıdurma zamanı 13 terrorçu zərərsizləşdirilib.
“Bölgədə terrorçulara məxsus hədəflərə qarşı hava hərəkatları icra olunur”, - deyə nazirlikdən bildirilib.
Bizim.Media