Ukrayna Prezidenti Volodimir Zelenski ilə Niderlandın Baş naziri Mark Rutte arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Zelenski özünün “X” hesabında məlumat verib.
O qeyd edib ki, telefon danışığı nəticəsində Niderland 18 ədəd “F-16” qırıcılarının Ukraynaya verilməsi üçün hazırlıqlar başladılıb.
“Niderlanda Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların başlanmasına fəal dəstək verdiyinə görə də təşəkkür etdim və mümkün qədər tez zamanda Aİ-nin Ukraynaya 50 milyard avroluq uzunmüddətli yardım paketini ayırmasının vacibliyini vurğuladım”, - deyə Zelenski bildirib.
Bizim.Media