“Qərb Rusiya Federasiyası ilə yeni soyuq müharibəyə daxil olub. Rusiya da illərlə bu mübarizəni davam etdirə bilər”.
Bizim.Media xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Kaikkonen bildirib.
“Bir çox Qərb ölkələri bunun qısamüddətli problem olduğunu düşünürdü. Amma indi düşünürəm ki, ABŞ-da və NATO ölkələrində demək olar ki, hamı başa düşür ki, biz 30 il davam edən dövrün sona çatdığının şahidi oluruq. İndi biz yeni bir növ soyuq müharibəyə giririk”, - deyə nazir qeyd edib.
Bizim.Media