Finlandiya hakimiyyəti ölkədə məskunlaşan qaçqınlara vətənlərinə qayıtmaq üçün 5,3 min avroya qədər pul ödəyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Finlandiya hökuməti qərar qəbul edib.
Qərara əsasən əgər qaçqın sığınacaqdan imtina etdikdən sonra 30 gün ərzində bunun üçün müraciət edərsə, “könüllü qayıdış” üçün müavinətin məbləği 5,3 min avro təşkil edəcək.
30 gündən sonra ödəniş üçün müraciət edənlər üçün isə müavinətin məbləği 2 min avro təşkil edəcək.
Müvafiq qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
Bizim.Media