Avropa İttifaqı Rusiyaya qarşı yeni 12-ci sanksiyalar paketini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, 2024-cü il yanvarın 1-dən Aİ Rusiyada hasil edilən, emal edilən və ya istehsal olunan qeyri-sənaye almazlarının idxalına məhdudiyyətlər tətbiq edəcək.
Martın 1-dən üçüncü ölkələrdə emal olunmuş Rusiya almazlarının idxalına mərhələli məhdudiyyətlər başlayacaq.
Bundan əlavə, Avropa İttifaqı yeni sanksiyalar paketində Rusiyadan alüminium məhsullarının, o cümlədən məftil, folqa və boruların idxalına məhdudiyyətlər tətbiq edir. Aİ həmçinin Avropa şirkətlərini tərəfdaşlarla müqavilələrdə bir sıra ikili təyinatlı malların Rusiyaya təkrar ixracına qadağa qoymağı öhdəsinə götürüb.
Bizim.Media