Ukraynaya 50 milyard avro yardımın ayrılması üçün 2027-ci ilə qədər çoxillik büdcəyə düzəlişlərlə bağlı Avropa İttifaqı (Aİ) fövqəladə sammit keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Belçikanın Baş naziri ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verib.
"Aİ-nin çoxillik büdcə ilə bağlı fövqəladə sammiti fevralın 1-də keçiriləcək. Ukraynaya yardımı təsdiqləmək üçün Macarıstanı razı salmağa bir az daha vaxt lazımdır", - deyə Mişel qeyd edib.
Aİ Prezidentinin sözlərinə görə sammitdə Ukraynaya maliyyə dəstəyi müzakirə olunacaq.
Bizim.Media