Ötən sutka ərzində İsrail Ordusu döyüşlərdə daha iki hərbçisini itirib.
Bizim.Media “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, serjant Cozef Avner və çavuş Şalev Zaltsman döyüşlərdə həlak olub.
Bununla da İsrail Ordusunun Qəzzada quru əməliyyatlarına başladıqdan sonra ölən hərbçilərinin sayı 121 nəfərə çatıb.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS-ın hücumu ilə başlayan qarşıdurma nəticəsində ölən İsrail hərbçilərinin ümumi sayı 450 nəfərdir.
Bizim.Media