“Qəzzaya yardım çatdırmaq mümkün deyil”.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) kommunikasiya direktoru Juliette Touma bildirib.
O qeyd edib ki, Qəzzada qurumun 1050 sığınacağı var və yeniləri açılıb, lakin onlar həddən artıq doludur:
“Məhdudiyyətlərə görə, ən çox ehtiyacı olanlara çata bilmirik və missiyamızı yerinə yetirə bilmirik”.
Bizim.Media