Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) baş prokurorlarını qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Ofisi məlumat yayıb.
Bildirilib ki, görüşdə Baş katibi Kubanıçbek Omuraliev də iştirak edib. Azərbaycanı isə Baş prokuror Kamran Əliyev təmsil edib.
Tərəflər TDT ölkələri arasında əməkdaşlığı müzakirə ediblər.
Bizim.Media