Jirinovski: "Ermənistan bunu etsə, Azərbaycan müharibəyə başlayacaq"

"Dağlıq Qarabağ münaqişəsini həll etmək istəyiriksə, Türkiyə amilini nəzərə almalıyıq. Bu amili əsla yaddan çıxarmaq olmaz. Ermənilər də anlamalıdırlar ki, Ermənistanın Dağlıq Qarabağla birləşməsi mümkün deyil. Rusiya bunu istəmir, çünki maraqlarımıza ziddir. Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyarsa, bölgədə böyük müharibə başlanacaq. Üstəlik, NATO-nun mövqeləri güclənəcək".

 Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski Rusiya Erməniləri İttifaqının (REM) media kanalına verdiyi müsahibəsində belə deyib.

"Türkiyə bölgədə çox fəaldır və onun maraqları Rusiyanın mənafeləri ilə kəskin ziddiyyət təşkil edir. Ermənilər deyirlər ki, biz niyə passivik. Belə deyil. Rusiyanın siyasətini anlamaq gərəkdir. Ermənilər onu da unutmasınlar ki, Rusiya tarix boyu onları farslardan, türklərdən xilas edib. Biz Ermənistanı ələ keçirdik, Ermənistan yarandı. Bizim köməyimizlə. Azərbaycan isə Çar Rusiyasının tərkibinə İranın qərarından sonra daxil olub - Tehranda Rusiyanın səfiri Qriboyedov qətlə yetiriləndən sonra. 

Azərbaycanı biz ələ keçirməmişik. Hə, gələk Dağlıq Qarabağ məsələsinə. Yaxşı, təsəvvür edək ki, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıdı. Nə olacaq?! O olacaq ki, Azərbaycanla Türkiyə ittifaq, birlik yarada bilərlər, hətta birləşərlər də. Ən yaxşı halda Azərbaycan ərazisində Türkiyənin hərbi bazaları yerləşdiriləcək. 

Təsəvvür edin ki, Azərbaycanın şimalında, Dağıstanın yaxınlığında belə baza var. Bu, çox pis olacaq. Çünki Dağıstan müsəlmanların yaşadığı yerdir və oranın əhalisinin əksəriyyəti türkdillilərdir. Ümumiyyətlə, qaraçaylar, çərkəzlər - Şimali Qafqazdakı xalqların əksəriyyəti türkdilllilərdir. 

Oktyabr inqilabına qədər Şimali Qafqazda türk dili tədris olunurdu. Şimali Qafqazın Türkiyənin nəzarətinə keçməsi bizə lazımdırmı?! Yox", - V.Jirinovski deyib.

RLDP sədri daha sonra öz "amplua"sına sadiq qalaraq Türkiyənin "parçalanma ssenarisi"ndən bəhs edib. "Türkiyənin şimal-şərq əyalətlərini türklərdən alıb ermənilərə vermək lazımdır. Ermənistan bu ərazilərlə birləşməlidir. Onda ermənilər Dağlıq Qarabağı unudacaqlar. Türklər isə... Bu köçərilər yaşadıqları torpaqlarda gəlmələrdir. Qoy çıxıb Orta Asiyaya, vətənlərinə getsinlər, Daşkəndin yanında yaşasınlar. Bu, 21-ci əsrin ortalarına olan vəzifədir", - V.Jirinovski deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində həllinə inanmır: "Minskdəki müzakirələr heç bir nəticə verməyəcək. Bu problemi nə ABŞ, nə Fransa həll edə bilər. Ümumiyyətlə, amerikalıların nə etmək istədikləri, nəyə can atmaları bəlli deyil. Rusiya olmadan Dağlıq Qarabağ münaqişəsini çözmək mümkün deyil. Rusiyanı istəmirsinizsə, onda vuruşun. Azərbaycan indi yaxşı, müstəqil siyasət yeridir. Ermənilərə aşkar yardım etsək, Azərbaycanın bizə münasibəti dəyişəcək. Bu da bizə lazım deyil".(Baku.ws)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Venesueladan sonra Yaponiyada da güclü zəlzələ: 6,9 bal – VİDEO

Venesueladan sonra Yaponiyada da güclü zəlzələ: 6,9 bal – VİDEO

İlham Əliyevdən Sloveniya Prezidentinə MƏKTUB

İlham Əliyevdən Sloveniya Prezidentinə MƏKTUB

Ukrayna PUA-larının hücumu: Rusiyada növbəti neft bazası yanır – FOTO/VİDEO

Ukrayna PUA-larının hücumu: Rusiyada növbəti neft bazası yanır – FOTO/VİDEO

Bakı metrosunun iş qrafiki DƏYİŞİR

Bakı metrosunun iş qrafiki DƏYİŞİR

10 yaşlı uşaq arabadan yıxılıb VƏFAT ETDİ

10 yaşlı uşaq arabadan yıxılıb VƏFAT ETDİ

Bakıda daş karxanasında ÖLÜM

Bakıda daş karxanasında ÖLÜM

“Verdiyimiz qan minlərlə insanı xilas edə bilər" – Mail Ağaxanov

“Verdiyimiz qan minlərlə insanı xilas edə bilər" – Mail Ağaxanov

Tramp NATO sammitinə qatılmasının səbəbini açıqladı: "Ərdoğana hörmətimə görə gedirəm"

Tramp NATO sammitinə qatılmasının səbəbini açıqladı: "Ərdoğana hörmətimə görə gedirəm"

Kirayə götürdüyü avtomobili psixotrop maddənin təsiri altında idarə etdi, TUTULDU

Kirayə götürdüyü avtomobili psixotrop maddənin təsiri altında idarə etdi, TUTULDU

Braziliya futbolunda məşuqə qalmaqalı: Samir Xaud vəzifəsindən kənarlaşdırıla bilər - FOTO

Braziliya futbolunda məşuqə qalmaqalı: Samir Xaud vəzifəsindən kənarlaşdırıla bilər - FOTO

Nazir məktəblilərin basketbol yarışını izlədi - FOTO

Nazir məktəblilərin basketbol yarışını izlədi - FOTO

Avropa xəritəsi DƏYİŞİR - İki ölkənin birləşmə layihəsi TƏSDİQLƏNDİ

Avropa xəritəsi DƏYİŞİR - İki ölkənin birləşmə layihəsi TƏSDİQLƏNDİ

ABŞ fikrindən dönür: Türkiyəyə F-35 qırıcıları VERƏCƏK

ABŞ fikrindən dönür: Türkiyəyə F-35 qırıcıları VERƏCƏK

Hotel saniyələr içində yerlə-yeksan oldu - VİDEO

Hotel saniyələr içində yerlə-yeksan oldu - VİDEO

Bakıda vətəndaş narıncı “iPhone” aldı, indi rəngi dəyişir – Video

Bakıda vətəndaş narıncı “iPhone” aldı, indi rəngi dəyişir – Video

Zəlzələnin FƏSADI: Karakas metrosunun fəaliyyəti dayandırıldı

Zəlzələnin FƏSADI: Karakas metrosunun fəaliyyəti dayandırıldı

Azərbaycanda general 10 il sonra azadlığa çıxdı

Azərbaycanda general 10 il sonra azadlığa çıxdı

Ötən ay nağdsız ödənişlərin həcmi nə qədər olub?

Ötən ay nağdsız ödənişlərin həcmi nə qədər olub?

70 manat rüsumu kimlər ÖDƏMƏLİ OLACAQ?

70 manat rüsumu kimlər ÖDƏMƏLİ OLACAQ?

Çay kənarında çətənə kolları yetişdirən şəxs HƏBS EDİLDİ

Çay kənarında çətənə kolları yetişdirən şəxs HƏBS EDİLDİ

60 yaşlı kişi mağazada VƏFAT ETDİ

60 yaşlı kişi mağazada VƏFAT ETDİ

Toxumçuluqla məşğul olanların NƏZƏRİNƏ – Dövlət dəstəyi mexanizmləri BƏLLİ OLDU

Toxumçuluqla məşğul olanların NƏZƏRİNƏ – Dövlət dəstəyi mexanizmləri BƏLLİ OLDU

Göygöldə “Niva” TIR-a çırpıldı - Xəsarət alanlar var

Göygöldə “Niva” TIR-a çırpıldı - Xəsarət alanlar var

Bakının mərkəzində avtomobil yandı – VİDEO

Bakının mərkəzində avtomobil yandı – VİDEO

End of content

No more pages to load

RADİO