Avar əsilli Azərbaycan güləşçisi, güləş üzrə Avropa çempionu Rəsul Çunayev Balakəndə çoşqu ilə qarşılanıb.
Musavat.com xəbər verir ki, R.Çunayevin qarşılanma mərasimi sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Videogörüntülərdə güləşçinin rəqs etməsi də nəzərə çarpır.
Qeyd edək ki, R. Çunayevin bu görüntüləri öz doğma rayonuna səfəri zamanı çəkilib.