Moderator.azxa0saytının redaktoru Seymur Əliyev peşə və statusundan asılı olmayaraq Azərbaycanda demokratiya uğrunda mübarizədə öldürülən şəxslərin demokratiya şəhidləri kimi tanınması və onların siyahısının hazırlanması təklifi ilə çıxış edib.
Amma tanınmış hüquqşünas qurban Məmmədov məsələyə bir az fərqli yanaşma ortaya qoyaraq şəhid adının bu formada işlədilməsinin əleyhinə olduğunu və şəhidliyin konkret olaraq dini, torpağı, mülkiyyəti və namusu uğrunda həlak olmaqla bağlılığını bildirib.
Niderlandda mühacirətdə yaşayan daha bir tanınmış hüquqşünas Ataxan Əbilovsa hesab edir ki, jurnalistin təklifi qəbulediləndir:
"Din, torpaq, mülkiyyət və namus...xa0Məgər demokratiya bu siyahını tamamlaya bilməz? Əslində onların hamısının normal məcrası üçün demokratiya lazımdır. Demokratiyasız vicdan - din azadlığı olamaz, torpaq qanunsuz olaraq zorla əlindən alınar, mudafiəsinə qalxa bilməzsən, mülkiyyətə təminat olmaz və insanların namusu namussuzların hədəfinə çevrilər. Bunların hər birinin bariz nümunəsini bu günkü Azərbaycan cəmiyyətində görmək mümkündür."