“Riyad”x9d Mühafizə Xidməti onların adından istifadə edənlərə xəbərdarlıq edib.
Moderator.az -ın məlumatına görə, məlumatda deyilir:
"“Riyad”x9d Mühafizə Xidmətinin adından istifadə etməklə şəxsləri mühafizə işinə cəlb edib və bu prosesi sosial şəbəkələrdə açılan heç bir rəsmi icazəsi olmayan səhifələr vasitəsiylə həyat keçirən idarənin kadrlar şöbəsinin qeydiyyatında olan (və yaxud idarənin kadrlar şöbəsinin qeydiyyatında olmayan) şəxslərə qarşı ciddi tədbirlər görülüəcək. Bu məsələdə hər bir Azərbaycan Respublikasının vətəndaşının diqqətli olmasını xahiş edirik.
Vətəndaşlara müraciət edərək bildirmək istəyirik ki, “Riyad”x9d Mühafizə Xidmətinin baş idarə rəisi Etibar Qasımovun təşəbbüsüylə irəli sürülən məsələni ictimailəşdirərək, qanunsuz işə qəbulların araşdırılır və həm hüquqi, həm də idarənin nizam-intizam qaydasında ciddi tədbirlər görülür.
Qeyd edək ki, xüsusiylə “Facebook”x9d sosial şəbəkəsində “Riyad”x9d Mühafizə Xidmətinin adıyla bağlı açılan bir neçə səhifələrin hamısı qeyri-rəsmi və qanunsuz hesab olunur. Yalnız adıçəkilən sosial şəbəkədə “Riyad Mühafizə Xidməti official”x9d (//www.facebook.com/riyadmuhafizexidmeti) səhifəsi rəsmidir. Səhifəni Riyad Mühafizə Xidmətinin baş qərargah rəisinin müavini Fuad Əliyev və baş idarənin mətbuat katibi Fuad Mədətov idarə edir.
Qeyd edək ki, “Riyad”x9d Mühafizə Xidməti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir."