Xəbər verdiyimiz kimi təxminən bir saatdan çoxdur ki, ölkə başçısının Sumqayıta gözlənilən səfəri ilə bağlı şəhərdəki əksər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub, habelə piyadaların səki boyu hərəkəti də yasaqlanıb. (moderator.az/?xeber=66937).
Yol polisinin hətta
piyadaların hərəkətinə belə məhdudiyyət qoyması səhər saatlarında yolda
qalmasından onsuz da məmnun olmayan və yoluna piyada davam etmək istəyən vətəndaşları
ikiqat narazı salıb. Maraqlıdır, dövlət tədbirləri və ya yetkili şəxslərin səfərləri
ilə bağlı avtomobil və piyadaların hərəkətini uzun müddət üçün məhdudlaşdırmaq
nə dərəcədə doğrudur? Habelə, yol polisi piyadaların səkilərdə fəaliyyətinə belə
müdaxilə edə bilərmi?
Bununla bağlı Moderator.az-ın
sualını cavablandıran Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Kamran Əliyev yol polisinin yol hərəkətinin bütünm iştirakçılarının hərəkətini
tənzimləmək, ona məhdudiyyət qoymaq səlahiyyətinə malik olduğunu vurğuladı:
"Yol polisi yol hərəkətinin
bütün iştirakçılarının hərəkətinə nəzarət edir. Həm nəqliyyat vasitələri, həm də
piyadaların hərəkətinin məhdudlaşdırılması səlahiyyəti yol polisinə verilib. Amma
dediyiniz məsələ ilə bağlı mənim konkret məlumatım olmadığına görə, mən dəqiq
deyə bilmərəm ki, yol polisi hansı istiqamətdə nəqliyyat vasitələri və ya
piyadaların hərəkətini məhdudlaşdırıb və ya məhdudlaşdırmayıb. Dövlət tədbriləri
ilə bağlı yalnız nəqliyyat vasitələrinin deyil, piyadaların da hansısa istiqamət
üzrə hərəkəti dəyişdirilə, yaxud müəyyən istiqamətdə hərəkət məhdudlaşdırıla
bilər. Bu, tamamilə qanunidir".
Seymur Əliyev