Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR

Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi, əlilliyi olan şəxs və aztəminatlı ailə üçün yeni sosial dəstək paketlərinin, o cümlədən pensiya, müavinət və minimum əməkhaqqı artımlarının anonsu deməkdir.

Bizim.Media mövzu ilə bağlı Milli Məclisin deputatı Rövşən Muradov Modern.az-a açıqlama verib.

Deputatın sözlərinə görə, xərclərin 44 faiz səviyyəsində nəzərdə tutulması sosial siyasətin büdcə prioritetləri sırasında yüksək mövqeyini qoruduğunu göstərən mühüm göstəricidir:

"Burada əsas məsələ yalnız ayrılan vəsaitin nominal həcmi ilə məhdudlaşmır, həmin maliyyə imkanlarının pensiyaçıların, aztəminatlı ailələrin, uşaqlı ailələrin, əmək qabiliyyətini müvəqqəti itirən şəxslərin və digər sosial həssas kateqoriyaların gəlirlərinin qorunmasına, sosial təminat mexanizmlərinin dayanıqlılığının artırılmasına və mövcud ödəniş sisteminin daha ünvanlı şəkildə təkmilləşdirilməsinə yönəldilməsi xüsusi əhəmiyyət daşıyır.
 

Təqdim olunan sosial islahat sənədlərinin məzmunu göstərir ki, qarşıdakı mərhələdə əsas diqqət istiqamətlərindən biri aşağı və orta məbləğdə pensiya alan vətəndaşların sosial müdafiəsinin qorunmasıdır.


Təklif edilən indeksasiya modelinə əsasən, orta aylıq əməkhaqqı səviyyəsinə qədər olan pensiyalara indeksasiya faizinin tam tətbiqi nəzərdə tutulur. Bu isə indeksasiyanın sosial ədalət və gəlirlərin qorunması prinsipi üzərində qurulduğunu göstərir".

Rövşən Muradov vurğulayıb ki, yeni yanaşmanın mühüm elementlərindən biri "sosial sığorta ehtiyatı"nın maliyyə imkanlarının genişləndirilməsidir:

"Bu ehtiyatın pensiyaların indeksləşdirilməsi, minimum pensiyanın artırılması, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin maliyyələşdirilməsinə xidmət etməsi sosial siyasətin əhatə dairəsinin kifayət qədər geniş olduğunu göstərir.
 

Buna görə büdcənin sosial istiqamətinin gücləndirilməsinin təsirini yalnız pensiyalarla məhdudlaşdırmaq doğru olmaz. Burada həyatın müxtəlif mərhələlərində dövlətin sosial müdafiəsinə ehtiyac duyan vətəndaşların bütöv bir spektrindən söhbət gedir. Minimum əməkhaqqı, pensiyalar və ünvanlı dövlət sosial yardımı ilə bağlı cəmiyyətdə artım gözləntilərinin olması tamamilə təbiidir.


Bununla yanaşı, iqtisadi baxımdan məsuliyyətli yanaşma tələb edir ki, konkret faiz və məbləğlər yalnız müvafiq maliyyə hesablamaları, makroiqtisadi göstəricilər və rəsmi qərarlar əsasında qiymətləndirilsin. Sosial xərclərin büdcədə yüksək xüsusi çəkiyə malik olması və sosial sığorta ehtiyatının gücləndirilməsi sosial ödənişlərin maliyyə dayanıqlılığının qorunması və sonrakı mərhələlərdə imkanlar daxilində təkmilləşdirilməsi üçün mühüm baza yaradır".

Pensiyalar istiqamətində dinamikanın aydın göründüyünü deyən millət vəkili sosial islahat paketlərinin nəticələrinə diqqət çəkib:

"Son illərdə həyata keçirilmiş beş sosial islahat paketi üzrə illik əlavə 8 milyard manat vəsait ayrıldığı, minimum və orta aylıq pensiyaların üç dəfəyədək, müavinət və təqaüd ödənişlərinin isə beş dəfə artdığı sənədlərdə xüsusi qeyd olunur.
 

Bu dinamika sosial müdafiə siyasətində artım və indeksasiya mexanizmlərinin ardıcıl şəkildə davam etdirildiyini göstərməklə yanaşı, gələcək qərarların da sosial ehtiyaclarla büdcə imkanları arasında tarazlığın qorunması əsasında formalaşdırılacağını deməyə əsas verir.


Burada ən vacib prinsip sosial siyasətin yalnız rəqəmlərin artırılması üzərində qurulmamasıdır. Əsas hədəf vətəndaşın real gəlirinin, alıcılıq qabiliyyətinin və sosial təhlükəsizlik hissinin qorunması, eyni zamanda bu siyasətin uzunmüddətli maliyyə dayanıqlılığının təmin edilməsidir.

Büdcənin 44 faizinin sosial istiqamətə yönəldilməsi də məhz bu baxımdan qiymətləndirilməli, sosial həssas qrupların müdafiəsi ilə dövlət maliyyəsinin davamlılığı arasında sağlam iqtisadi tarazlığın qorunmasına xidmət edən mühüm göstərici kimi qəbul olunmalıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Rusiya Sumidə məktəbi bombaladı: Ölənlər var – FOTO/VİDEO

Rusiya Sumidə məktəbi bombaladı: Ölənlər var – FOTO/VİDEO

Bakıda ər arvadını boğaraq öldürdü – Səbəb

Bakıda ər arvadını boğaraq öldürdü – Səbəb

Adı psixotrop maddə qalmaqalında hallanan bağçadan YENƏ ŞİKAYƏT var - Rəsmi açıqlama

Adı psixotrop maddə qalmaqalında hallanan bağçadan YENƏ ŞİKAYƏT var - Rəsmi açıqlama

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib - FOTO

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib - FOTO

Canni İnfantino Bakıda Azərbaycan U-15 millisi ilə görüşünü paylaşdı - FOTO

Canni İnfantino Bakıda Azərbaycan U-15 millisi ilə görüşünü paylaşdı - FOTO

“Azərkosmos” “Platerra” süni intellekt əsaslı platformasını istifadəyə verdi

“Azərkosmos” “Platerra” süni intellekt əsaslı platformasını istifadəyə verdi

AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək - FOTO

AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək - FOTO

Qəhrəmancasına döyüşdü, 19 yaşında şəhadətə ucaldı... – Əkbər Hüseynovun HƏYAT HEKAYƏSİ – VİDEO

Qəhrəmancasına döyüşdü, 19 yaşında şəhadətə ucaldı... – Əkbər Hüseynovun HƏYAT HEKAYƏSİ – VİDEO

Qəzzada HƏMAS-ın briqada komandiri məhv edildi - FOTO/VİDEO

Qəzzada HƏMAS-ın briqada komandiri məhv edildi - FOTO/VİDEO

Putinin xüsusi nümayəndəsi ABŞ rəsmiləri ilə Ukrayna müharibəsini müzakirə etdi

Putinin xüsusi nümayəndəsi ABŞ rəsmiləri ilə Ukrayna müharibəsini müzakirə etdi

Kamran Əliyev Rusiya Ali Məhkəməsinin sədrinə medal TƏQDİM ETDİ - FOTO

Kamran Əliyev Rusiya Ali Məhkəməsinin sədrinə medal TƏQDİM ETDİ - FOTO

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanda keçirilən təlimlərdən MÖHTƏŞƏM KADRLAR yaydı - VİDEO

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanda keçirilən təlimlərdən MÖHTƏŞƏM KADRLAR yaydı - VİDEO

“Açığı, gəzə bilmirəm...” - Abid Şərifov

“Açığı, gəzə bilmirəm...” - Abid Şərifov

Pakistanda üç nəfərin təcavüz etdiyi 23 yaşlı azərbaycanlı qızla bağlı ŞOK FAKTLAR - FOTO

Pakistanda üç nəfərin təcavüz etdiyi 23 yaşlı azərbaycanlı qızla bağlı ŞOK FAKTLAR - FOTO

Kiyev cəbhə xəttindəki şəhərə çevrilir – “The Guardian”

Kiyev cəbhə xəttindəki şəhərə çevrilir – “The Guardian”

Məcburi köçkünlər üzrə elektron baza yenilənəcək

Məcburi köçkünlər üzrə elektron baza yenilənəcək

Canni İnfantino İlham Əliyevlə görüşü ilə bağlı paylaşım etdi – FOTO

Canni İnfantino İlham Əliyevlə görüşü ilə bağlı paylaşım etdi – FOTO

Fransanın dövlət borcu 3,6 trilyon avroya yaxınlaşdı

Fransanın dövlət borcu 3,6 trilyon avroya yaxınlaşdı

XƏBƏRDARLIQ: Qapağı şişibsə, yeməyin – VİDEO

XƏBƏRDARLIQ: Qapağı şişibsə, yeməyin – VİDEO

Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR

Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR

Qoz-fındıq əvəzinə YERFINDIĞI - Allergiyası olanlar nələrə diqqət etməlidir?

Qoz-fındıq əvəzinə YERFINDIĞI - Allergiyası olanlar nələrə diqqət etməlidir?

Dünya futbolu çalxalanır: Vinisius Junior öldü? – FOTOLAR

Dünya futbolu çalxalanır: Vinisius Junior öldü? – FOTOLAR

Xaricdə təhsil almış 172 nəfərin diplomu TANINMADI

Xaricdə təhsil almış 172 nəfərin diplomu TANINMADI

End of content

No more pages to load

RADİO