Pakistanda üç nəfərin təcavüz etdiyi 23 yaşlı azərbaycanlı qızla bağlı ŞOK FAKTLAR - FOTO

23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva Pakistanın Lahor şəhərində qrup halında təcavüzün qurbanı olub.

Bizim.Media xəbər verir ki, o, nüfuzlu pakistanlı siyasi ailədən olan gəncin keçmiş həyat yoldaşıdır.

Əri ondan Feysalabaddan olan və Şabir Əhməd (Nəqaş kimi də tanınır) adlı parça ticarətçisi ilə ehtimal edilən sevgi macərasına görə ayrılıb. İddia olunur ki, Şabir və onun dostu pul qazanmaq məqsədilə Diananı Lahorun Cohar-Taun ərazisində fahişəliklə məşğul olmağa məcbur ediblər.


Diananın ailəsi

Diana Azərbaycanın Qusar şəhərindəndir. O, bacısı və qardaşı ilə birlikdə sadə bir ailədə böyüyüb. Atası Romikin narkotik asılılığından əziyyət çəkdiyi bildirilir. Onun spirtli içkilər qəbul etdiyi, rəqs klublarına və əyləncə gecələrinə getdiyi, sərxoş vəziyyətdə isə tez-tez davalara qarışdığı qeyd olunur.


Pakistanlı ilə tanışlıq

2023-cü ildə Bakıda, Diana pakistanlı bir gənclə tanış olub. Onlar dostlaşıb və mütəmadi olaraq görüşməyə başlayıblar.


Bakıda polisə şikayət

2024-cü ilin dekabrında Diananın kəskin sərxoş halda sevgilisinin evinə gedərək qalmaqal yaratdığı ehtimal edilir. Daha sonra o, gəncin onu öldürməyə cəhd etdiyini iddia edərək hüquq-mühafizə orqanlarına müraciət edib. Şikayət ərizəsi Bakının Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Şöbəsinə təqdim olunub.

Polis Pakistan vətəndaşını saxlasa da, sonradan o sərbəst buraxılıb və öz ölkəsinə qayıdıb. Bir neçə gün sonra Diana yenidən onun evinə gələrək ağlayıb, onu sevdiyini və ayrılacaqları təqdirdə intihar edəcəyini bildirib. O, üzr istəsə də, polisdəki şikayətini geri götürməyib.

Gənc Pakistana getməyə cəhd edərkən qadının onun pasportunu və telefonunu əlindən aldığı iddia edilir. Bundan sonra o, qadını Pakistana aparıb. Onların Ravalpindidəki toy mərasimi sadə keçib. Diana yaxşı həyat yoldaşı olacağına söz verib. Ardından cütlük yenidən Bakıya qayıdıb.

Toydan sonrakı problemlər

Ailə qurduqdan sonra Diananın ərini işə getməməyə və bütün günü onunla keçirməyə məcbur etdiyi bildirilir. O, mütəmadi olaraq qışqıraraq münaqişələr yaradıb. Mənbələrin məlumatına görə, o, hiyləgərliyi ilə seçilib və ərinin həyatını hər vəchlə çətinləşdiririb. Evlilikdən sonra hamilə qalsa da, ehtimal ki, abort etdirib. Bu hadisə həyat yoldaşını ciddi şəkildə məyus edib.


Pakistandakı həyat

2025-ci ilin mayında əri onu yenidən Pakistana gətirib. Diananın ərinin qohumları ilə münaqişə yaşadığı bildirilir. Nəticədə, əri Feysalabadda ev kirayələyərək onunla birlikdə orada yaşamağa başlayıb. Burada onun "Nəqaş" ləqəbli tacir Şabir Əhmədlə sevgi münasibətlərinə başladığı ehtimal olunur. Əri bu barədə öyrənib. Həmin ərəfədə verilən məlumatlara görə, o, daha bir dəfə abort etdirib. Bunun ardınca əri onunla nikahı pozub.


Boşandıqdan sonra Diana və Şabir arasındakı münasibətlər daha da istiləşib. Şabir onunla görüşmək üçün Bakıya gəlir, o isə Pakistana səfər edib. Hətta bir dəfə onun Pakistanda tam bir ay qeyri-qanuni yaşadığı bildirilir.

Şabir onu öz evinə gətirərək həyat yoldaşına Diananın geyim satışı biznesində xarici tərəfdaşı olduğunu deyib. O, qadın üçün birinci mərtəbədə xüsusi otaq ayırıb. Günlərin birində Şabirin arvadı onları otaqda qucaqlaşarkən yaxalayıb. O, Diananı döyərək evdən qovub.

Diana Atif adlı qonşusuna müraciət edərək baş verənləri danışıb və onun köməyi ilə Bakıya qayıtmaq üçün bilet əldə edib.

Lahora qayıdış

Pulsuzluq və işsizlik səbəbindən Diana Bakıda uzun müddət qala bilməyib. O, 2026-cı ilin may ayında yenidən Lahora dönüb. Bu dəfə isə kömək məqsədilə Şabirin dostu Tövhid Batta müraciət edib. İddialara əsasən, Şabir və Tövhid onu fahişəlik etməyə məcbur ediblər.

Bu vəziyyət onun həyatını daha da dözülməz hala gətirib. Mənbələrin məlumatına görə, təcavüz hadisəsindən sonra Tövhid Batt "Instagram" hesabını silərək gizlənib. Hüquq-mühafizə orqanları Şabiri və daha üç nəfəri saxlayıb. Diana həmçinin onu zorlayan üç kişinin adını polisə təqdim edib. Hazırda polis həmin şəxslərin tutulması istiqamətində iş aparır. (Oxu.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Beyləqanda elektrik yarımstansiyası YANIR

Beyləqanda elektrik yarımstansiyası YANIR

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

Metro qatarlarında ilk tibbi yardım çantaları niyə yoxdur? – RƏSMİ AÇIQLAMA

Metro qatarlarında ilk tibbi yardım çantaları niyə yoxdur? – RƏSMİ AÇIQLAMA

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında - FOTO

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında - FOTO

Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO

Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - VİDEO

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - VİDEO

NATO qüvvələri Rusiya gəmisini ələ keçirməyi MƏŞQ EDİB

NATO qüvvələri Rusiya gəmisini ələ keçirməyi MƏŞQ EDİB

İtaliya qoşunlarının İraqdan çıxarılmasını başa çatdırdı

İtaliya qoşunlarının İraqdan çıxarılmasını başa çatdırdı

Nazir jurnalistə irad bildirdi - “Sualı elə verin ki...” – VİDEO

Nazir jurnalistə irad bildirdi - “Sualı elə verin ki...” – VİDEO

Naftalanın icra başçısı kollektivə TƏQDİM OLUNDU

Naftalanın icra başçısı kollektivə TƏQDİM OLUNDU

Zakir Həsənov Dmitri Pantus ilə görüşdü - FOTO

Zakir Həsənov Dmitri Pantus ilə görüşdü - FOTO

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Rusiya Sumidə məktəbi bombaladı: Ölənlər var – FOTO/VİDEO

Rusiya Sumidə məktəbi bombaladı: Ölənlər var – FOTO/VİDEO

Bakıda ər arvadını boğaraq öldürdü – Səbəb

Bakıda ər arvadını boğaraq öldürdü – Səbəb

Adı psixotrop maddə qalmaqalında hallanan bağçadan YENƏ ŞİKAYƏT var - Rəsmi açıqlama

Adı psixotrop maddə qalmaqalında hallanan bağçadan YENƏ ŞİKAYƏT var - Rəsmi açıqlama

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib - FOTO

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib - FOTO

Canni İnfantino Bakıda Azərbaycan U-15 millisi ilə görüşünü paylaşdı - FOTO

Canni İnfantino Bakıda Azərbaycan U-15 millisi ilə görüşünü paylaşdı - FOTO

“Azərkosmos” “Platerra” süni intellekt əsaslı platformasını istifadəyə verdi

“Azərkosmos” “Platerra” süni intellekt əsaslı platformasını istifadəyə verdi

AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək - FOTO

AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək - FOTO

End of content

No more pages to load

RADİO