“Azərkosmos” “Platerra” süni intellekt əsaslı platformasını istifadəyə verdi

“Azərkosmos” peyk təsvirlərinin analizi üçün süni intellektəsaslı “Platerra” məhsulunu artıq istifadəyə verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərkosmos"dan məlumat verilib.

Bildirilib ki, “Platerra” peyk təsvirlərini süni intellekt vasitəsilə avtomatik emal edərək onları qərarvermədə istifadə oluna bilən geoməkan məlumatlarına çevirir.

Platforma süni intellektəsaslı aşağıdakı həlləri özündə birləşdirir:

- peyk təsvirlərinin görüntü keyfiyyətinin artırılması;

- meşə ərazilərinin aşkarlanması;

- su hövzələrinin səthinin müəyyənləşdirilməsi,

- müxtəlif obyektlərin aşkarlanması;

- əkin sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi.

Qlobal miqyasda geoməkan süni intellekt (GeoAI) həllərinə tələbat sürətlə artır. Bazar araşdırmasına əsasən, geniş “GeoAI” bazarının 2025-ci ildə həcmi müxtəlif yanaşmalara görə 38-60 milyard ABŞ dolları arasında qiymətləndirilir və bazarın 2035-ci ilədək illik 12-26 faiz artım tempi ilə böyüməsi proqnozlaşdırılır.

Xüsusilə peyk təsvirlərinin süni intellekt vasitəsilə təhlili bu bazarın yüksək artım potensialına malik istiqamətlərindən biri kimi qeyd olunur.

“Platerra”nın istifadəyə verilməsi “Azərkosmos”un qabaqcıl texnologiyaların tətbiqi və kosmik məlumatların innovativ həllərə çevrilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətin mühüm nəticələrindən biridir. Platformanın inkişafı peyk məlumatlarının emalı imkanlarının genişləndirilməsi, onların müxtəlif tətbiq sahələrində istifadəsinin asanlaşdırılması və geoməkan məlumatlarının daha operativ şəkildə əldə olunmasına töhfə vermək məqsədi daşıyır.

Qlobal bazarda bu istiqamətdə ixtisaslaşmış platformaların sayının hələ də məhdud olması və tələbin artmağa davam etməsi süni intellektəsaslı peyk təsviri analiz həlləri üçün inkişaf imkanlarının mövcud olduğunu göstərir.

Araşdırmaya görə, istifadəçinin peyk təsvirləri üzərində süni intellekt analitikası aparmasına imkan verən bu tip platformalar üzrə qlobal bazarda 10-dan az əsas təchizatçı mövcuddur.

Bu baxımdan “Platerra” peyk məlumatlarının emal imkanlarını genişləndirərək, onların müxtəlif sahələrdə daha səmərəli istifadəsinə şərait yaradır. Platformanın istifadəyə verilməsi kosmik məlumatların süni intellekt texnologiyaları ilə inteqrasiyasını gücləndirərək, peyk təsvirlərinin daha əlçatan və praktiki qərarvermə alətinə çevrilməsinə xidmət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Mal əti niyə bahalaşır? - VİDEO

Mal əti niyə bahalaşır? - VİDEO

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

27 il Mərkəzi Banka rəhbərlik etdi: İndi haradadır?

27 il Mərkəzi Banka rəhbərlik etdi: İndi haradadır?

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Beyləqanda elektrik yarımstansiyası YANIR

Beyləqanda elektrik yarımstansiyası YANIR

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

Metro qatarlarında ilk tibbi yardım çantaları niyə yoxdur? – RƏSMİ AÇIQLAMA

Metro qatarlarında ilk tibbi yardım çantaları niyə yoxdur? – RƏSMİ AÇIQLAMA

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında - FOTO

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında - FOTO

Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO

Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - VİDEO

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - VİDEO

End of content

No more pages to load

RADİO