Kamran Əliyev Rusiya Ali Məhkəməsinin sədrinə medal TƏQDİM ETDİ - FOTO

Sentyabrın 29-da Moskva şəhərində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə Rusiya Federasiyası Ali Məhkəməsinin sədri İqor Krasnov arasında görüş keçirilib.

Bizim.Media  xəbər verir ki, görüşdə Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafında dövlət başçıları arasında formalaşmış dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin mühüm rolu qeyd olunub.

Ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq və müttəfiqlik qarşılıqlı fəaliyyəti prinsipləri əsasında inkişaf etdiyi, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəminin mövcud olduğu vurğulanıb.  
 

Baş prokuror iki ölkənin prokurorluq orqanları arasında uzun illər ərzində formalaşmış əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək, qarşılıqlı hüquqi yardım, cinayətkarlığa qarşı mübarizə, təcrübə və məlumat mübadiləsi istiqamətlərində səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edib.  


Görüş zamanı Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin gələcək inkişaf perspektivləri, institusional əməkdaşlığın daha da möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin hüquq təhsili və kadrların peşə hazırlığı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Bu xüsusda əlaqələrin genişləndirilməsi, birgə elmi-praktiki tədbirlərin, təlimlərin və təcrübə mübadiləsinin təşviqi ilə bağlı perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

İqor Krasnov azərbaycanlı həmkarları ilə konstruktiv münasibətlərin, möhkəm, etimada əsaslanan və uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirərək, keçirilən görüşün iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüş çərçivəsində Baş prokuror Kamran Əliyev tərəfindən İqor Krasnova "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı təqdim edilib.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Beyləqanda elektrik yarımstansiyası YANIR

Beyləqanda elektrik yarımstansiyası YANIR

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

Metro qatarlarında ilk tibbi yardım çantaları niyə yoxdur? – RƏSMİ AÇIQLAMA

Metro qatarlarında ilk tibbi yardım çantaları niyə yoxdur? – RƏSMİ AÇIQLAMA

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında - FOTO

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında - FOTO

Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO

Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - VİDEO

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - VİDEO

NATO qüvvələri Rusiya gəmisini ələ keçirməyi MƏŞQ EDİB

NATO qüvvələri Rusiya gəmisini ələ keçirməyi MƏŞQ EDİB

İtaliya qoşunlarının İraqdan çıxarılmasını başa çatdırdı

İtaliya qoşunlarının İraqdan çıxarılmasını başa çatdırdı

Nazir jurnalistə irad bildirdi - “Sualı elə verin ki...” – VİDEO

Nazir jurnalistə irad bildirdi - “Sualı elə verin ki...” – VİDEO

Naftalanın icra başçısı kollektivə TƏQDİM OLUNDU

Naftalanın icra başçısı kollektivə TƏQDİM OLUNDU

Zakir Həsənov Dmitri Pantus ilə görüşdü - FOTO

Zakir Həsənov Dmitri Pantus ilə görüşdü - FOTO

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Rusiya Sumidə məktəbi bombaladı: Ölənlər var – FOTO/VİDEO

Rusiya Sumidə məktəbi bombaladı: Ölənlər var – FOTO/VİDEO

Bakıda ər arvadını boğaraq öldürdü – Səbəb

Bakıda ər arvadını boğaraq öldürdü – Səbəb

Adı psixotrop maddə qalmaqalında hallanan bağçadan YENƏ ŞİKAYƏT var - Rəsmi açıqlama

Adı psixotrop maddə qalmaqalında hallanan bağçadan YENƏ ŞİKAYƏT var - Rəsmi açıqlama

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib - FOTO

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib - FOTO

Canni İnfantino Bakıda Azərbaycan U-15 millisi ilə görüşünü paylaşdı - FOTO

Canni İnfantino Bakıda Azərbaycan U-15 millisi ilə görüşünü paylaşdı - FOTO

“Azərkosmos” “Platerra” süni intellekt əsaslı platformasını istifadəyə verdi

“Azərkosmos” “Platerra” süni intellekt əsaslı platformasını istifadəyə verdi

AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək - FOTO

AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək - FOTO

End of content

No more pages to load

RADİO