Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib - FOTO

Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti sentyabrın 29-da Naxçıvana gedib.
 

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla Avropa Komissiyası arasında Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji tərəfdaşlıq, dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Avropa İttifaqına üzv dövlətlərlə Azərbaycan arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.

Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə edilib.

Bildirilib ki, regionda dayanıqlı sülh və sabitliyin təmin olunması yeni nəqliyyat-kommunikasiya imkanlarının yaranmasına, iqtisadi əlaqələrin genişlənməsinə və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verə bilər.
 

Ceyhun Cəlilov Naxçıvanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən mühüm strateji bölgə olduğunu diqqətə çatdırıb. Zəngəzur dəhlizi və onun çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan TRIPP layihəsinin regional nəqliyyat bağlantılarının genişləndirilməsi baxımından əhəmiyyətindən bəhs edib.



Qeyd olunub ki, layihənin reallaşması Naxçıvanın Azərbaycanın digər əraziləri ilə quru yol əlaqəsinin təmin olunmasına imkan yaradacaq.

Buradan keçəcək dəmir yolu xəttinin isə Naxçıvanı Türkiyə ilə birləşdirən mühüm nəqliyyat bağlantısına çevrilməsi nəzərdə tutulur. Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının bu nəqliyyat marşrutlarının fəaliyyətə başlaması və regional əhəmiyyətinin daha da artması üçün yeni imkanlar yaradacağı bildirilib.

Görüşdə Naxçıvanın enerji potensialı və bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr də diqqətə çatdırılıb. Ordubad rayonunda Tivi və Ordubad su elektrik stansiyalarının yaradılması istiqamətində görülən işlər barədə məlumat verilib. Naxçıvanın enerji potensialının gələcəkdə Cəbrayıl elektrik qovşağı ilə əlaqələndirilməsi, istehsal olunan enerjinin Türkiyəyə ixracı və daha geniş enerji bazarlarına çıxarılması imkanları vurğulanıb.
 

Nümayəndə heyətinin tərkibində yer alan Avropa Yenidənqurma və İnkişaf Bankının Türkiyə və Qafqaz üzrə icraçı direktoru Elisabetta Falcetti həyata keçirilməsi nəzərdə tutulan layihələrin əhəmiyyətinə toxunub. O, layihələrin maliyyələşdirilməsi istiqamətində bank tərəfindən təqdim olunan imkanları, o cümlədən güzəştli kreditlərin rolunu diqqətə çatdırıb.



Adrien Kirali səfərin əhəmiyyətini vurğulayıb, Naxçıvanın nəqliyyat, enerji və iqtisadi potensialının inkişafı ilə bağlı təqdim olunan məlumatların əhəmiyyətini qeyd edib. Qarşıdakı illərdə Avropa Komissiyası tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrin iqtisadi aspektləri və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Mal əti niyə bahalaşır? - VİDEO

Mal əti niyə bahalaşır? - VİDEO

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

27 il Mərkəzi Banka rəhbərlik etdi: İndi haradadır?

27 il Mərkəzi Banka rəhbərlik etdi: İndi haradadır?

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Beyləqanda elektrik yarımstansiyası YANIR

Beyləqanda elektrik yarımstansiyası YANIR

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

End of content

No more pages to load

RADİO