Məcburi köçkünlər üzrə elektron baza yenilənəcək

Məcburi köçkünlərin elektron bazasındakı məlumatların tam dəqiqləşdirilərək yenilənməsi tapşırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yerli bölmə və nümayəndəliklərinin iştirakı ilə keçirdiyi Regional idarəetmə və status şöbəsinin 2026-cı ilin III rübünün yekunlarına həsr olunmuş iclasda bildirilib.

Qeyd olunub ki, tədbirdə qurumun yerli bölmə və nümayəndəliklərinin rəhbərlərinə işin səmərəli qurulması, fəaliyyətin günün tələblərinə uygun təşkili istiqamətində zəruri tələb və tövsiyələr çatdırılıb. Mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasının vacibliyi vurğulanıb, məcburi köçkünlərin elektron bazasındakı məlumatların tam dəqiqləşdirilərək yenilənməsi tapşırılıb.

 

İclasda Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, keçmiş məcburi köçkünlər arasında yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışla bağlı məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin mütəmadi davam etdirilməsinə dair göstəriş verilib.


Bu çərçivədə işğaldan azad olunmuş ərazilərdə dövlət tərəfindən həyata keçirilən müasir infrastruktur layihələri, Böyük Qayıdışın mərhələləri, məskunlaşma qrafiki və növbəlilik prinsipləri barədə sakinlərə dövri və rəsmi məlumatların mütəmadi olaraq çatdırılması üçün müvafiq materialların hazırlanması tapşırılıb.

Həmçinin diqqətə çatdırılıb ki, Dövlət Komitəsi yaradılmış elektron sistem vasitəsilə keçmiş məcburi köçkünlər arasında mütəmadi sorğular keçirir. İşğaldan azad olunmuş ərazilərə qayıtmaq istəyən şəxslərin ailə tərkibi, sağlamlıq vəziyyəti və peşə ixtisasları rəsmi qaydada qeydiyyata alınır. Bu məlumatlar azad edilmiş ərazilərdə tikiləcək mənzillərin sayının, məktəblərin və iş yerlərinin profilinin müəyyənləşdirilməsində mühüm rol oynayır.

 

Görüşdə məskunlaşma prosesinin və evlərin püşkatma yolu ilə paylanmasının rəsmi qurumların, media nümayəndələrinin və köçkün icmalarının iştirakı ilə tam şəffaf şəkildə icra edildiyi, Qarabağ və Şərqi Zəngəzura köçürülmə, sakinlərin və onların əmlakının təhlükəsiz daşınması və yerləşdirilməsinin dövlət vəsaiti hesabına həyata keçirildiyi vurğulanıb.


Yerli struktur rəhbərlərinə vətəndaşların sosial şəbəkələrdə yayılan qərəzli və dəqiqləşdirilməmiş məlumatlardan uzaq durmaları üçün müvafiq maarifləndirmə işlərinin aparılması tapşırılıb.

İclas zamanı yerlərdə mövcud olan problemlər dinlənilib, onların həlli yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda yerli bölmə rəhbərlərinə məcburi köçkünlərlə iş sahəsində qanunvericilikdə edilən yeniliklər barədə müraciət edən hər bir vətəndaşa ətraflı məlumatın verilməsi, ağır şəraitdə yaşayan məcburi köçkünlər haqqında məlumatların dəqiqliklə araşdırılaraq Komitəyə təqdim edilməsi və müraciətlərə baxılarkən qanunvericiliyin tələblərinin gözlənilməsi bir daha diqqətə çatdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Mal əti niyə bahalaşır? - VİDEO

Mal əti niyə bahalaşır? - VİDEO

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

27 il Mərkəzi Banka rəhbərlik etdi: İndi haradadır?

27 il Mərkəzi Banka rəhbərlik etdi: İndi haradadır?

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Beyləqanda elektrik yarımstansiyası YANIR

Beyləqanda elektrik yarımstansiyası YANIR

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

End of content

No more pages to load

RADİO