Tibb işçilərinin maaşlarında YENİ DÖVR – 72 min nəfəri əhatə edən islahatın DETALLARI

Tibb işçilərinin sosial rifahının yüksəldilməsi istiqamətində növbəti mühüm addım atılıb. Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, onların əməyinin daha yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyev bu təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.

Yeni əməkhaqqı qaydalarının sentyabrın 1-dən qüvvəyə minməsi və 72 212 tibb işçisini əhatə etməsi qərarın həm sosial, həm də əhatə dairəsi baxımından əhəmiyyətini göstərir.

TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılıb. Eyni zamanda, yeni mexanizm sadəcə bütün əməkdaşlar üçün eyni qaydada maaş artımını deyil, daha çevik və diferensiallaşdırılmış yanaşmanı nəzərdə tutur. Əməkhaqlarının müəyyənləşdirilməsində vəzifə və ixtisasla yanaşı, iş yükü, fəaliyyət göstəriciləri, eləcə də ayrı-ayrı regionlarda mövcud kadr təminatı nəzərə alınacaq. Bu yanaşma tibb işçisinin əməyinin onun üzərinə düşən məsuliyyət və gördüyü işin nəticələri əsasında daha adekvat qiymətləndirilməsinə imkan verir.
 

Xüsusilə ilkin səhiyyə, təcili tibbi yardım və anesteziologiya-reanimatologiya xidmətləri üzrə çalışan tibb işçilərinin yeni əməkhaqqı sistemində xüsusi nəzərə alınması diqqət çəkir. Bununla yanaşı, regionlarda kadr çatışmazlığı müşahidə olunan ixtisaslar üzrə stimullaşdırıcı mexanizmlər gücləndirilir. Belə ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələrə və müəyyən xidmətlər üzrə işin nəticələrinə görə əlavə ödənişlərə 1,3 əmsalının tətbiqi nəzərdə tutulur. Bununla həm həkimlərin regionlarda işləməyə marağının artırılması, həm də Bakı ilə regionlar arasında tibbi kadr təminatında mövcud fərqlərin tədricən azaldılması hədəflənir. Nəticə etibarilə, bu mexanizm vətəndaşların yaşadığı yerdən asılı olmayaraq keyfiyyətli tibbi xidmət almaları imkanlarının genişləndirilməsinə xidmət edir.


Yeni qərar son illərdə səhiyyə sistemində həyata keçirilən ardıcıl sosial tədbirlərin davamı kimi də nəzərdən keçirilməlidir.

2023-cü ildən TƏBİB-in tabeliyindəki müəssisələrdə əməkhaqlarının artırılması istiqamətində addımlar atılıb, 2025-ci ildə minimum əməkhaqqının yüksəldilməsi ilə əlaqədar növbəti artımlar həyata keçirilib. Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evlərinin işçilərinin tarif maaşlarına 1,5–3 dəfə artım əmsallarının tətbiqi də bu istiqamətdə görülən tədbirlər sırasındadır. Beləliklə, hazırkı islahat ayrıca götürülmüş bir maaş artımı deyil, dövlətin səhiyyə sisteminin inkişafı və bu sistemdə çalışan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində apardığı ardıcıl siyasətin növbəti mərhələsidir.

Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin müvafiq tapşırığı ilə həyata keçirilən yeni əməkhaqqı islahatında daha geniş hədəf səhiyyə sistemində insan kapitalının gücləndirilməsi, tibb peşəsinin cəlbediciliyinin artırılması, peşəkar kadrların sistemdə saxlanılması və regionlara cəlb edilməsi, eyni zamanda tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Tibb işçisinin əməyinin daha yüksək qiymətləndirilməsi son nəticədə pasiyent məmnunluğuna və bütövlükdə səhiyyə sisteminin daha səmərəli fəaliyyətinə xidmət edən əsas amillərdən biridir.

Ülviyyə Zülfiqar, siyasi şərhçi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ülle Madise Estoniyanın yeni prezidenti seçildi - FOTO

Ülle Madise Estoniyanın yeni prezidenti seçildi - FOTO

Ekspertdən isti-soyuq hava keçidi ilə bağlı XƏBƏRDARLIQ

Ekspertdən isti-soyuq hava keçidi ilə bağlı XƏBƏRDARLIQ

Məşhur bloqerdən Azərbaycanla bağlı maraqlı paylaşım - Video

Məşhur bloqerdən Azərbaycanla bağlı maraqlı paylaşım - Video

Qərb Rusiyanı təcrid edə bilməyib – “Foreign Policy”

Qərb Rusiyanı təcrid edə bilməyib – “Foreign Policy”

Lisey və gimnaziyalarda seçimlərin II mərhələsi üzrə qəbul nəticələri AÇIQLANDI

Lisey və gimnaziyalarda seçimlərin II mərhələsi üzrə qəbul nəticələri AÇIQLANDI

Ev şəraitində pulsuz gübrə hazırlamağın sadə üsulu

Ev şəraitində pulsuz gübrə hazırlamağın sadə üsulu

Avtomobildən 78 min manat oğurlayan şəxs TUTULDU

Avtomobildən 78 min manat oğurlayan şəxs TUTULDU

Moskva ilə Türkiyə arasındakı uçuşlar ləğv edildi

Moskva ilə Türkiyə arasındakı uçuşlar ləğv edildi

Azərbaycandan Ermənistana dizel yanacağı göndəriləcək

Azərbaycandan Ermənistana dizel yanacağı göndəriləcək

Ekspres avtobuslar sərnişinlərin XİDMƏTİNDƏ - VİDEOREPORTAJ

Ekspres avtobuslar sərnişinlərin XİDMƏTİNDƏ - VİDEOREPORTAJ

Silvester Stallone QAYITDI: “Hökmranlığı nə qədər davam edəcək?” – VİDEO

Silvester Stallone QAYITDI: “Hökmranlığı nə qədər davam edəcək?” – VİDEO

Tibb işçilərinin maaşlarında YENİ DÖVR – 72 min nəfəri əhatə edən islahatın DETALLARI

Tibb işçilərinin maaşlarında YENİ DÖVR – 72 min nəfəri əhatə edən islahatın DETALLARI

Daşınmaz əmlaka investisiya – 5 VACİB MƏQAM

Daşınmaz əmlaka investisiya – 5 VACİB MƏQAM

Bakıxanov qəsəbəsində içməli su günlərdir küçəyə axır - VİDEO

Bakıxanov qəsəbəsində içməli su günlərdir küçəyə axır - VİDEO

Bakıda məktəbi qızıl və gümüş nişanla bitirən məzunların SAYI

Bakıda məktəbi qızıl və gümüş nişanla bitirən məzunların SAYI

Bakıda bacı-qardaşın bıçaqlanmasının TƏFƏRRÜATI - ŞAHİDLƏR DANIŞDILAR - VİDEO

Bakıda bacı-qardaşın bıçaqlanmasının TƏFƏRRÜATI - ŞAHİDLƏR DANIŞDILAR - VİDEO

Süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan qadınlar TUTULDU - VİDEO

Süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan qadınlar TUTULDU - VİDEO

İllərə meydan oxuya-oxuya 60 yaşına çatdı – FOTO

İllərə meydan oxuya-oxuya 60 yaşına çatdı – FOTO

“Çevik” hücuma məruz qaldı - Saxlanılan var

“Çevik” hücuma məruz qaldı - Saxlanılan var

Putin Paşinyanı seçim qarşısında qoydu - Ya Avropa İttifaqı, ya da...

Putin Paşinyanı seçim qarşısında qoydu - Ya Avropa İttifaqı, ya da...

Mal əti bahalaşdı

Mal əti bahalaşdı

72 MİNDƏN ÇOX tibb işçisinin əməkhaqqı ARTIRILIR – TƏBİB-də MÜHÜM İSLAHATLAR

72 MİNDƏN ÇOX tibb işçisinin əməkhaqqı ARTIRILIR – TƏBİB-də MÜHÜM İSLAHATLAR

Prezidentliyə namizəd olacağı ilə bağlı xəbərlərə Merkeldən REAKSİYA

Prezidentliyə namizəd olacağı ilə bağlı xəbərlərə Merkeldən REAKSİYA

Uşaq kəməri bağlamaqdan imtina etdi, uçuş LƏĞV OLUNDU

Uşaq kəməri bağlamaqdan imtina etdi, uçuş LƏĞV OLUNDU

End of content

No more pages to load

RADİO