72 MİNDƏN ÇOX tibb işçisinin əməkhaqqı ARTIRILIR – TƏBİB-də MÜHÜM İSLAHATLAR

Azərbaycan Respublikasında səhiyyə sisteminin inkişaf etdirilməsi, bu sahədə qabaqcıl standartların tətbiqi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və tibb işçilərinin sosial rifahının gücləndirilməsi daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Bu istiqamətdə həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır və səhiyyə sisteminin dayanıqlı inkişafı ilə yanaşı, insan kapitalının gücləndirilməsinə xidmət edir.

Bu siyasətin növbəti mühüm addımlarından biri TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı yeni əməkhaqqı islahatıdır.

Mehriban Əliyevanın təşəbbüsü, Prezident İlham Əliyevin tapşırığı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, onların əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının daha da gücləndirilməsi məqsədilə TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.



Qəbul edilən qərar tibb işçilərinə dövlət qayğısının gücləndirilməsi, onların sosial rifahının yüksəldilməsi və səhiyyə sistemində çalışan insanların əməyinin daha dolğun qiymətləndirilməsi istiqamətində növbəti mühüm addım kimi xarakterizə oluna bilər.

Yeni əməkhaqqı islahatı 72 mindən çox tibb işçisini əhatə edəcək

Yeni əməkhaqqı qaydaları 2026-cı il sentyabrın 1-dən tətbiq olunur. İslahat TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək.



Onlardan 36 041 nəfəri orta, 20 367 nəfəri kiçik tibb heyətinin, 8 675 nəfəri ambulator tibbi xidmət göstərən həkimlərin, 7 129 nəfəri isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, eləcə də regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlərdir.

İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılıb. Bu, səhiyyə sahəsində əməkhaqqı mexanizmlərinin təkmilləşdirilməsi və tibb işçilərinin sosial rifahının gücləndirilməsi üçün əlavə maliyyə təminatının yaradılması deməkdir.

Əməkhaqqında yeni və diferensial yanaşma

Yeni sistemdə əməkhaqqı artımları bütün vəzifələr üzrə eyni prinsiplə deyil, vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq.
 

Beləliklə, tibb işçisinin peşəkarlığı, məsuliyyəti və üzərinə düşən iş yükünün əməkhaqqında daha dolğun əks olunması nəzərdə tutulur. Eyni zamanda fəaliyyət və keyfiyyət göstəricilərinin maddi stimulla əlaqələndirilməsi tibbi xidmətlərin daha pasiyentyönümlü təşkilinə imkan yaradacaq.


Məsələn, ilkin səhiyyə xidməti göstərən ailə həkimi və sahə həkimi vəzifələrində çalışan mütəxəssislərin aylıq əməkhaqqı 1 150 manatdan 2 000 manata çatdırılacaq. Bu, 850 manat və ya 74 faiz artım deməkdir.



Təcili tibbi yardım xidmətində də əhəmiyyətli artımlar nəzərdə tutulub. Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin həkiminin əməkhaqqı 1 550 manatdan 2 200 manata, tibb mərkəzlərinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin əməkhaqqı isə 1 550 manatdan 2 500 manata yüksələcək. 3A və 3B kateqoriyalı tibb müəssisələrində bu sahədə çalışan həkimlərin aylıq əməkhaqqı 2 100 manatdan 3 000 manatadək artırılacaq.

Regionlarda kadr çatışmazlığına qarşı yeni stimul

İslahatın mühüm istiqamətlərindən biri regionlarda kadr təminatının yaxşılaşdırılması və həkimlərin bölgələrə cəlb edilməsinin stimullaşdırılmasıdır.

Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla, kadr çatışmazlığının daha çox müşahidə edildiyi ixtisaslar üzrə çalışan həkimlər üçün xüsusi stimullaşdırıcı əlavələr tətbiq olunacaq.

Belə ki, regionlarda uşaq anestezioloq-reanimatoloqlarının aylıq əməkhaqqı 1 450 manatdan 3 000 manata yüksələcək. Neonatoloqların əməkhaqqı 1 450 manatdan 2 400 manata, hemodializ həkimlərinin əməkhaqqı isə 1 450 manatdan 2 250 manata çatdırılacaq.



Həkim çatışmazlığı olan regionlarda mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya üzrə çalışan həkimlərin aylıq əməkhaqqı 1 450 manatdan 2 150 manatadək artırılacaq.

Bununla yanaşı, müəyyən tibbi xidmətlər üzrə işin nəticəsinə görə əlavə ödənişlərə 1,3 əmsalının tətbiqi nəzərdə tutulur. Bu mexanizm regionlarda çalışan həkimlərin əlavə stimullaşdırılmasına, kadrların bölgələrə cəlb edilməsinə və tibbi xidmətlərin əlçatanlığının artırılmasına xidmət edəcək.

Keyfiyyət və pasiyent məmnuniyyəti əməkhaqqı mexanizminə daxil edilir

Yeni yanaşmanın diqqətçəkən istiqamətlərindən biri də həkimlərin həvəsləndirici ödənişlərinin göstərilən tibbi xidmətin keyfiyyəti və pasiyent məmnuniyyəti ilə əlaqələndirilməsidir.

Xidmət keyfiyyəti yüksək qiymətləndirildikcə həkimin əldə etdiyi ödəniş də artacaq. Bu yanaşma həm tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, həm də həkimlərin pasiyentlərlə daha diqqətli və qayğıkeş münasibət qurmasına stimul verəcək.



Ambulator tibbi xidmət göstərən həkimlər üçün isə hər pasiyentə görə hesablanan kiçik faiz ödənişləri əvəzinə aylıq baxış sayına əsaslanan diferensiallaşdırılmış sabit əlavə tətbiq olunacaq.

Ardıcıl islahatlar siyasətinin davamı

TƏBİB sistemində yeni əməkhaqqı islahatı səhiyyə sahəsində son illərdə həyata keçirilən tədbirlərin davamı kimi qiymətləndirilə bilər. 2023-cü ildən TƏBİB tabeliyindəki müəssisələrdə əməkhaqlarının artırılması istiqamətində addımlar atılıb, 2025-ci ildə minimum əməkhaqqının yüksəldilməsi ilə əlaqədar növbəti artımlar həyata keçirilib. Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evlərinin işçilərinin tarif maaşlarına da 1,5–3 dəfə artım əmsalları tətbiq edilib.
 

Yeni islahat isə bu prosesin növbəti mərhələsidir. Onun əsas məqsədləri tibb işçilərinin sosial rifahının gücləndirilməsi, peşənin cəlbediciliyinin artırılması, regionlarda kadr təminatının yaxşılaşdırılması, fəaliyyət nəticələrinin daha dolğun qiymətləndirilməsi və pasiyent məmnuniyyətinin yüksəldilməsidir.


Başqa sözlə, əməkhaqqı islahatı yalnız maaş artımı ilə məhdudlaşmır. Yeni mexanizm səhiyyə sistemində insan kapitalının gücləndirilməsini, keyfiyyətli tibbi xidmətə çıxış imkanlarının genişləndirilməsini və tibb işçilərinin əməyinin daha ədalətli və nəticəyönümlü şəkildə qiymətləndirilməsini hədəfləyir.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ülle Madise Estoniyanın yeni prezidenti seçildi - FOTO

Ülle Madise Estoniyanın yeni prezidenti seçildi - FOTO

Ekspertdən isti-soyuq hava keçidi ilə bağlı XƏBƏRDARLIQ

Ekspertdən isti-soyuq hava keçidi ilə bağlı XƏBƏRDARLIQ

Məşhur bloqerdən Azərbaycanla bağlı maraqlı paylaşım - Video

Məşhur bloqerdən Azərbaycanla bağlı maraqlı paylaşım - Video

Qərb Rusiyanı təcrid edə bilməyib – “Foreign Policy”

Qərb Rusiyanı təcrid edə bilməyib – “Foreign Policy”

Lisey və gimnaziyalarda seçimlərin II mərhələsi üzrə qəbul nəticələri AÇIQLANDI

Lisey və gimnaziyalarda seçimlərin II mərhələsi üzrə qəbul nəticələri AÇIQLANDI

Ev şəraitində pulsuz gübrə hazırlamağın sadə üsulu

Ev şəraitində pulsuz gübrə hazırlamağın sadə üsulu

Avtomobildən 78 min manat oğurlayan şəxs TUTULDU

Avtomobildən 78 min manat oğurlayan şəxs TUTULDU

Moskva ilə Türkiyə arasındakı uçuşlar ləğv edildi

Moskva ilə Türkiyə arasındakı uçuşlar ləğv edildi

Azərbaycandan Ermənistana dizel yanacağı göndəriləcək

Azərbaycandan Ermənistana dizel yanacağı göndəriləcək

Ekspres avtobuslar sərnişinlərin XİDMƏTİNDƏ - VİDEOREPORTAJ

Ekspres avtobuslar sərnişinlərin XİDMƏTİNDƏ - VİDEOREPORTAJ

Silvester Stallone QAYITDI: “Hökmranlığı nə qədər davam edəcək?” – VİDEO

Silvester Stallone QAYITDI: “Hökmranlığı nə qədər davam edəcək?” – VİDEO

Tibb işçilərinin maaşlarında YENİ DÖVR – 72 min nəfəri əhatə edən islahatın DETALLARI

Tibb işçilərinin maaşlarında YENİ DÖVR – 72 min nəfəri əhatə edən islahatın DETALLARI

Daşınmaz əmlaka investisiya – 5 VACİB MƏQAM

Daşınmaz əmlaka investisiya – 5 VACİB MƏQAM

Bakıxanov qəsəbəsində içməli su günlərdir küçəyə axır - VİDEO

Bakıxanov qəsəbəsində içməli su günlərdir küçəyə axır - VİDEO

Bakıda məktəbi qızıl və gümüş nişanla bitirən məzunların SAYI

Bakıda məktəbi qızıl və gümüş nişanla bitirən məzunların SAYI

Bakıda bacı-qardaşın bıçaqlanmasının TƏFƏRRÜATI - ŞAHİDLƏR DANIŞDILAR - VİDEO

Bakıda bacı-qardaşın bıçaqlanmasının TƏFƏRRÜATI - ŞAHİDLƏR DANIŞDILAR - VİDEO

Süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan qadınlar TUTULDU - VİDEO

Süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan qadınlar TUTULDU - VİDEO

İllərə meydan oxuya-oxuya 60 yaşına çatdı – FOTO

İllərə meydan oxuya-oxuya 60 yaşına çatdı – FOTO

“Çevik” hücuma məruz qaldı - Saxlanılan var

“Çevik” hücuma məruz qaldı - Saxlanılan var

Putin Paşinyanı seçim qarşısında qoydu - Ya Avropa İttifaqı, ya da...

Putin Paşinyanı seçim qarşısında qoydu - Ya Avropa İttifaqı, ya da...

Mal əti bahalaşdı

Mal əti bahalaşdı

72 MİNDƏN ÇOX tibb işçisinin əməkhaqqı ARTIRILIR – TƏBİB-də MÜHÜM İSLAHATLAR

72 MİNDƏN ÇOX tibb işçisinin əməkhaqqı ARTIRILIR – TƏBİB-də MÜHÜM İSLAHATLAR

Prezidentliyə namizəd olacağı ilə bağlı xəbərlərə Merkeldən REAKSİYA

Prezidentliyə namizəd olacağı ilə bağlı xəbərlərə Merkeldən REAKSİYA

Uşaq kəməri bağlamaqdan imtina etdi, uçuş LƏĞV OLUNDU

Uşaq kəməri bağlamaqdan imtina etdi, uçuş LƏĞV OLUNDU

End of content

No more pages to load

RADİO