Məlum olduğu kimi “Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən müvəqqəti dayandırılıb.
Stansiyalar arasında sərnişinlərin daşınmasının təmin olunması üçün AYNA tərəfindən 6 yeni ekspres marşrutu avqustun 14-dən etibarən fəaliyyətdədir.
Sərnişinlər yeni ekspres marşrutlardan fəal istifadə edirlər. Avtobusların iş qrafiki metro ilə sinxronlaşdırılıb və marşrutlar saat 06:00-dan 00:00-dək fəaliyyət göstərir. Vətəndaşlara kömək məqsədilə nəqliyyat könüllüləri də xidmət göstərirlər. Onlar 20 Yanvar, 28 May, Elmlər Akademiyası və İnşaatçılar metrostansiyasının qarşısında dayanaraq vətəndaşlarımıza məlumat verirlər.
Ətraflı videosüjetdə:
Ayşəm Rüstəmli, İntiqam İbrahimov, Ələkbər Babayev, Bizim.Media