Almaniyanın sabiq kansleri Angela Merkel prezident postuna namizədliyini irəli sürmək niyyətində olmadığını bildirib və bunu "absurd" adlandırıb.
Bizim.Media xəbər verir ki, öz memuarlarının təqdimat mərasimində çıxış edən sabiq siyasətçi həmin vəzifə barədə düşünmədiyini və həyatda məşğul olmaq üçün başqa bir çox gözəl şeylərin olduğunu qeyd edib.
Xatırladaq ki, Merkel Almaniya hökumətinə 2005-ci ildən 2021-ci ilə qədər 16 il ərzində rəhbərlik edib.
Hazırkı dövlət başçısı Frank-Valter Ştaynmayer 2022-ci ildə yenidən seçilib və onun ikinci müddəti 2027-ci ildə başa çatır.
Bizim.Media