Dövlət Məşğulluq Agentliyi “Azərbaycandan işçi qüvvəsinin ixracı” layihəsi çərçivəsində Sloveniyada işləmək istəyən Azərbaycan vətəndaşları üçün yeni imkan yaradır.
Bizim.Media xəbər verir ki, layihə çərçivəsində 200-dən çox vakansiya üzrə işə qəbul üçün müraciətlərin qəbuluna başlanılıb.
Müxtəlif sahələri əhatə edən vakansiyalar arasında material emalçısı, qaynaqçı, çilingər, anbar işçisi, dəzgah operatoru, istehsalat işçisi, tibb bacısı, təsərrüfat xidməti və texniki xidmət işçisi kimi vəzifələr yer alır.
Sloveniyada işləmək, xaricdə təcrübə qazanmaq və yeni karyera imkanlarından yararlanmaq istəyənlər üçün bu layihə real iş imkanı yaradır.
Vakansiyalarla tanış olmaq və müraciət etmək üçün
//survey.sosial.gov.az/index.php/989738?lang=az
Son müraciət tarixi 10 sentyabr 2026-cı ildir.


Bizim.Media