Avrasiyanın yeni ƏMƏKDAŞLIQ XƏRİTƏSİ – Azərbaycandan Özbəkistana uzanan QARDAŞLIQ KÖRPÜSÜ

Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq nəinki regionda, eyni zamanda bütün Avrasiya məkanında xalqlar arasında iqtisadi, mədəni, siyasi, diplomatik əlaqələrin dərinləşməsini, insanların daha yaxşı, rifah içində yaşaması üçün yeni qərarların qəbul olunması, yanaşmaların tətbiq edilməsində əzmkarlıq nümayiş etdirir.

Ölkəmiz özünün çoxvektorlu xarici diplomatiyasında dost və tərəfdaş olan ölkələrlə, o cümlədən Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin yeni mərhələdə inkişaf etdirilməsində maraqlıdır. Bunun əyani göstəricisidir ki, son illərdə dövlət başçılarının qarşılıqlı səfərlərini müşahidə etməkdəyik.

Azərbaycanın Mərkəzi Asiya ilə strateji əməkdaşlığı çərçivəsində sıx münasibətlərinin mövcud olduğu dövlətlərdən biri də Özbəkistan Respublikasıdır.

Belə ki, iki ölkə arasında diplomatik münasibətlər 02 oktyabr 1995-ci il tarixində qurulmuşdur. Bu gün Azərbaycan və Özbəkistan arasında davamlı siyasi dialoq, iqtisadi və humanitar sahələrdə geniş əməkdaşlıq uğurla həyata keçirilir. Keçən müddət ərzində iki ölkə arasında 200-dən çox sənəd imzalanıb, həmçinin mövcud iqtisadi münasibətlərin davamlılığını təmin etmək məqsədilə 2023-cü ildə Azərbaycan ilə Özbəkistan arasında Ali Dövlətlərarası Şura təsis edilmişdir.

23-24 avqust 2026-cı il tarixlərində Prezident İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi dövlət səfəri bir daha göstərdi ki, hər iki dövlət bir-biri ilə yaxınlaşmağı strateji hədəflər sırasında görür.

Dostluq və qardaşlıq göstəricisi hesab edilə biləcək səfər çərçivəsində iki ölkə arasında geniş tərkibdə məhsuldar görüşlər keçirildi, həm beynəlxalq, həm də iqtisadi sahələrdə qarşılıqlı fəaliyyətlə bağlı məsələlər nəzərdən keçirildi. Dövlət başçımızın Özbəkistan Prezidenti ilə mətbuata bəyanatları iki ölkənin regional və beynəlxalq problemlərə ortaq yanaşdığını, münasibətlərin açıq və hərtərəfli xarakter daşıdığını sübut etdi.

Əminliklə deyə bilərik ki, səfər qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsinə, əməkdaşlığın genişləndirilməsinə xidmət edən sənədlərin imzalanması ilə tarixə keçdi.

Belə ki, görüşlərin ən mühüm nəticələrindən biri də, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin və daha 12 sənədin imzalanması oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “İrəliləmək üçün çox dəqiq fəaliyyət planımız var və hər bir layihə konkret məzmunla zəngindir.”

Azərbaycan və Özbəkistan münasibətlərinin əsasını ortaq tarix, mədəni yaxınlıq, türk kimliyi və qarşılıqlı hörmət təşkil edir.

Son illərdə siyasi dialoqun intensivləşməsi, ticarət dövriyyəsinin artması, investisiya layihələrinin genişlənməsi, təhsil və humanitar əməkdaşlığın dərinləşməsi bu münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxarıb. Özbəkistanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına verdiyi dəstək, o cümlədən Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiyalar iki qardaş xalq arasında həmrəyliyin, eyni zamanda etimadın əyani təzahürüdür.

Ümumiyyətlə, son illərdə Azərbaycanın region ölkələri ilə əlaqələrinin intensivləşməsi, ölkəmizin bu coğrafiya ilə nəqliyyat, enerji, ticarət və investisiya sahələrində fəal əməkdaşlığı vahid geoiqtisadi məkanın formalaşmasına xidmət edir.

Bu baxımdan, Mərkəzi Asiya dövlət başçıları ilə dialoq regional sabitliyin, qarşılıqlı iqtisadi inteqrasiyanın, eləcə də bu gərgin geosiyasi vəziyyətdə Avropa ilə Asiya arasında yeni nəqliyyat dəhlizlərinin inkişafı baxımından əlavə imkanlar yarada bilər.

Bu əməkdaşlıq əlbəttə ki, Türk Dövlətləri Təşkilatının institusional güclənməsinə də mühüm töhfə verir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ortaq təşəbbüsləri türk dünyasında iqtisadi inteqrasiyanı, nəqliyyat bağlantılarını, rəqəmsal transformasiyanı, enerji təhlükəsizliyini və humanitar əməkdaşlığı daha da gücləndirir. Türk dövlətləri arasında qarşılıqlı dəstək və koordinasiyanın artması təşkilatın beynəlxalq nüfuzunu yüksəldir, onu Avrasiya məkanında mühüm əməkdaşlıq platformalarından birinə çevirir.

Bu isə öz növbəsində beynəlxalq çağırışlara hər zaman böyük həssaslıqla yanaşan Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri universal sənədinin 17-ci məqsədinə nail olunmasına verdiyi töhfədir.

Beləliklə, yeni dünya düzənində təhlükəsizlik və inkişaf dəhlizlərinin mərkəzinə çevrilən Azərbaycanın  Mərkəzi Asiya dövlətləri ilə sıx əməkdaşlığı, ölkə liderlərinin səfərlərinin müntəzəm xarakter alması yeni əməkdaşlıq imkanlarının güclənməsində və mədəni-humanitar, ictimai-siyasi əlaqələrin yükəsk zirvəyə çatmasında etibarlı zəmin yaradır.

//x.com/MezahirEfendi/status/2092137371072626710?s=20 


Məzahir Əfəndiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Milan" "Atalanta"nı çətinliklə məğlub etdi - VİDEO

"Milan" "Atalanta"nı çətinliklə məğlub etdi - VİDEO

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

İran da qırıcı təyyarə istehsal edir?

İran da qırıcı təyyarə istehsal edir?

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Qazaxda avtomobil su arxına düşdü

Qazaxda avtomobil su arxına düşdü

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

End of content

No more pages to load

RADİO