Şəmkirdə mübahisə qanla nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 2009-cu il təvəllüdlü Tuncay Hüseynov münaqişə zəminində 2006-cı il təvəllüdlü Elşad Məmmədova kəsici deşici alətlə xəsarət yetirib.
20 yaşlı gənc xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam etdirilir.
Faktla bağlı Şəmkir rayon Polis Bölməsində araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu