Planetin ən yaşlı insanı kimi tanınan britaniyalı qadın Etel Katerham 117 yaşını qeyd edib.
Bizim.Media Sky News-a istinadən xəbər verir ki, Katerham 1909-cu ildə İngiltərədə anadan olub və hazırda qocalar evində yaşayır.
O, uzunömürlülüyünün sirrinin hər şeydə müsbət baxış bucağı və təmkinli olmasında olduğunu bildirib.
O ad gününü dostları ilə qeyd edib. O, yeni yaşının nə gətirəcəyini səbirsizliklə gözləyir.
Qeyd edək ki, bu günə qədər ən yaşlı insan üzrə mütləq rekordçu fransız Janna Kalmentdir; o, 122 yaşına qədər yaşayıb və 1997-ci ildə vəfat edib.
Bizim.Media