Türkiyəli aktyor və rəqqas Hilmi Cem İntepe sevgilisi Pırıl Atasevlə evlənib.
Bizim.Media xəbər verir ki, cütlüyün toyu ötən axşam İstanbulun Sarıyer rayonunda baş tutub.
Mərasimə Türkiyənin tanınmış simaları da qatılıb. Sıla Türkoğlu sevgilisi Ata Ayyıldızla, İdo Tatlıses Yasemin Tatlıseslə, Damla Can nişanlandığı aktyor Tolga Mendi ilə, Ahu Yağtu isə aktyor sevgilisi Bora Cengizlə toyda iştirak edib.
Çağan Atakan Arslan da həyat yoldaşı Serap Arslan və uşaqları ilə mərasimə qatılan məşhurlar arasında olub. Lale Onuk və Berkan Karabulut da gecənin qonaqları sırasında yer alıblar.









Bizim.Media