“Ahıska Türkləri - İtmiş Sürgünün İzində” sərgisinin açılış mərasimi keçirildi – FOTO

Bakıda “Ahıska Türkləri - İtmiş Sürgünün İzində” adlı sərginin açılış mərasimi baş tutub. 

Bizim.Media xəbər verir ki, sərgi1944-cü ildə Ahıska türklərinin məruz qaldığı sürgünün izlərini göz önünə sərmək və yaşananları gələcək nəsillərə ötürmək məqsədilə Türkiyə Respublikası Xarici İşlər Nazirliyi və Dünya Ahıskalı Türklər Birliyinin (DATÜB) əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib.
 

Tədbirdə Ahıska türklərinin yaşadığı sürgünü sadəcə tarixin bir səhifəsi kimi deyil, insanın torpağı, kimliyi, mədəniyyəti və xatirələri ilə qurduğu bağın nəsillər boyu necə yaşadıldığının hekayəsi olaraq işıqlandırılır.


Belə ki, bir xalqın öz yurdundan qoparılmasının ardından dünyanın fərqli coğrafiyalarına səpələnən həyatları, parçalanan ailələr, yaşadıqları xatirələr və heç sönməyən qayıdış ümidi bu sərginin mərkəzində yer alır.

Bir səhər qəflətən ata-baba torpaqlarından sürgün edilən Ahıska türkləri fərqli coğrafiyalara dağılaraq uzun və çətin həyat mübarizəsi aparıblar.

Aradan keçən onilliklərə baxmayaraq, ana vətənə qayıdış məsələsi Ahıska türklərinin ortaq yaddaşında və kimlik şüurunda öz aktuallığını qorumaqdadır.

Qeyd edək ki, “İtmiş Sürgünün İzində” sərgisi bu gündən etibarən avqustun 28-nə kimi Azərbaycan Milli Tarix Muzeyində davam edəcək.
 

Onun İstanbuldan Bakıya Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti vasitəsilə qatarla daşınması sərginin səyahətinə xüsusi bir rəmzi məna qazandırır. Bir zamanlar sürgünün ayırdığı yolları, bu gün qardaşlıq və ortaq yaddaş yenidən bir-birinə bağlayır.


Həmçinin sərgi sürgünün ildönümü olan 14 noyabr 2026-cı il tarixində isə Tarixi Ankara Vağzalında öz ziyarətçiləri ilə görüşəcək. Beləliklə, onun səyahəti bir zamanlar Ahıska türklərini doğma yurdlarından qoparan sürgün yollarının əksinə olaraq, yaddaşı yenidən bərpa edən, qardaşlığı gücləndirən və bir xalqın hekayəsini gələcək nəsillərə çatdıran bir səfərə çevriləcək.






















Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan-Özbəkistan münasibətlərində YENİ MƏRHƏLƏ – İlham Əliyevdən tarixi açıqlamalar – VİDEO

Azərbaycan-Özbəkistan münasibətlərində YENİ MƏRHƏLƏ – İlham Əliyevdən tarixi açıqlamalar – VİDEO

“Qırmızı Körpü”də 700 yük maşını növbədədir - Rəsmi

“Qırmızı Körpü”də 700 yük maşını növbədədir - Rəsmi

İranda türk mənşəli adların qoyulması qadağan edilir

İranda türk mənşəli adların qoyulması qadağan edilir

Azərbaycanda yeni futbol klubu yaradıldı

Azərbaycanda yeni futbol klubu yaradıldı

Bir müddət əvvəl səhhətində problem yaranan Flora Kərimovanın SON DURUMU

Bir müddət əvvəl səhhətində problem yaranan Flora Kərimovanın SON DURUMU

Söyüş söyən şəxs həbs edilib - “Foto çəkdirməli idim...”

Söyüş söyən şəxs həbs edilib - “Foto çəkdirməli idim...”

Anar Nəcəfliyə yeni vəzifə verildi

Anar Nəcəfliyə yeni vəzifə verildi

Azərbaycanlı diaspor lideri Rusiyada saxlanıldı - Video

Azərbaycanlı diaspor lideri Rusiyada saxlanıldı - Video

Şəmkirdə 20 yaşlı oğlan BIÇAQLANDI

Şəmkirdə 20 yaşlı oğlan BIÇAQLANDI

“Ahıska Türkləri - İtmiş Sürgünün İzində” sərgisinin açılış mərasimi keçirildi – FOTO

“Ahıska Türkləri - İtmiş Sürgünün İzində” sərgisinin açılış mərasimi keçirildi – FOTO

Məhkəmə məşhur türkiyəli müğənni Mabel Matizlə bağlı qərar verdi

Məhkəmə məşhur türkiyəli müğənni Mabel Matizlə bağlı qərar verdi

Valideynlərin NƏZƏRİNƏ: Məktəbli forması belə olacaq - FOTO

Valideynlərin NƏZƏRİNƏ: Məktəbli forması belə olacaq - FOTO

Türk aktyor evləndi, məşhurlar toy mərasiminə axın etdi— FOTOLAR

Türk aktyor evləndi, məşhurlar toy mərasiminə axın etdi— FOTOLAR

Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi

Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi

Seyran Hüseynova general-mayor rütbəsi verildi

Seyran Hüseynova general-mayor rütbəsi verildi

Türk lirəsi ABŞ dolları qarşısında tarixi minimum yenilədi

Türk lirəsi ABŞ dolları qarşısında tarixi minimum yenilədi

Dünyanın ən yaşlı insanı 117 yaşında

Dünyanın ən yaşlı insanı 117 yaşında

ADY-dən sürücü və piyadalara MÜRACİƏT

ADY-dən sürücü və piyadalara MÜRACİƏT

İşçi eyni vaxtda iki yerdə işləyə bilərmi? – Qaydalar açıqlanıb

İşçi eyni vaxtda iki yerdə işləyə bilərmi? – Qaydalar açıqlanıb

“Diplomatiya”, “Çərpələng uçuran”… –Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?

“Diplomatiya”, “Çərpələng uçuran”… –Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?

"Sabah"-"Hapoel" matçına nə qədər bilet satılıb?

"Sabah"-"Hapoel" matçına nə qədər bilet satılıb?

Prezident Azərbaycanla Türkmənistan arasında bir sıra sənədləri TƏSDİQLƏDİ

Prezident Azərbaycanla Türkmənistan arasında bir sıra sənədləri TƏSDİQLƏDİ

Bu bürclər gözləmədiyi xəbərlə sevinc yaşayacaq

Bu bürclər gözləmədiyi xəbərlə sevinc yaşayacaq

Gənclik parkının yanında hazır binada mənzillər - Hansı təkliflər var?

Gənclik parkının yanında hazır binada mənzillər - Hansı təkliflər var?

End of content

No more pages to load

RADİO