Dövlət Mühafizə Xidmətinin polkovniki Hüseynov Seyran Tofiq oğlunun rütbəsi artırılıb.
Bizim.Media “Unikal.az”a istinadən xəbər verir ki, Seyran Hüseynova general-mayor ali hərbi rütbəsi verilib.
Məlumat üçün bildirək ki, 23 avqust Azərbaycan Respublikası Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramıdır.
Qeyd edək ki, S.Hüseynov 2024-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Bizim.Media