2026-cı ilin birinci yarımili ərzində Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq axtarışda olan 48 nəfərin xarici ölkələrdən Azərbaycana gətirilməsi təmin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, 20 nəfər Rusiyadan, 6 nəfər Gürcüstandan, 6 nəfər Qazaxıstandan, 4 nəfər Birləşmiş Ərəb Əmirliklərindən, 4 nəfər Ukraynadan, 2 nəfər Türkiyədən, 2 nəfər Monteneqrodan, 1 nəfər Almaniyadan, 1 nəfər Serbiyadan, 1 nəfər Moldovadan və 1 nəfər Özbəkistandan təhvil alınıb.
Eyni zamanda, bu müddətdə 20 nəfərin xarici ölkələrə təhvil verilməsi təmin edilib.
Bildirilib ki, 6 nəfər Özbəkistana, 4 nəfər Rusiyaya, 3 nəfər Qırğız Respublikasına, 1 nəfər Moldovaya, 1 nəfər Çinə, 1 nəfər Hindistana, 1 nəfər Türkiyəyə, 1 nəfər Rumıniyaya, 1 nəfər Tacikistana və 1 nəfər Türkmənistana təhvil verilib.
Bizim.Media