Kənd Təsərrüfatı Nazirliyi də Samuxdakı hadisə ilə bağlı MƏLUMAT YAYDI

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar Xidmətlər Agentliyinə daxil olmuş məlumata əsasən Samux rayonunun Alıuşağı kəndindəki heyvandarlıq təsərrüfatında qarayara xəstəliyinə şübhə yaradan hadisə ilə əlaqədar Gəncə şəhər və Samux rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri (HSBX) idarələrinin əməkdaşları təsərrüfatda ilkin epizootoloji araşdırma və baytarlıq tədbirləri həyata keçirib.

Bizim.Media bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, hadisə yerində təsərrüfatdakı heyvanlara klinik baxış keçirilib, termometriya aparılıb. Ərazi və heyvanların saxlanıldığı sahələrdə dezinfeksiya tədbirləri görülüb, giriş hissəsində dezinfeksiya baryeri hazırlanaraq müvafiq dezinfeksiyaedici məhlulla təmin edilib.

Eyni zamanda, xəstəliyin mümkün yayılma riskinin qarşısının alınması məqsədilə təsərrüfat ərazisinə heyvan və nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb.
 

Hazırda təsərrüfatda saxlanılan 3 baş iribuynuzlu heyvanda bədən temperaturunun yüksəlməsi müşahidə edilib, həmin heyvanlara baytarlıq mütəxəssisləri tərəfindən zəruri müalicə tədbirləri aparılıb. Bununla yanaşı, hazırkı mərhələdə canlı heyvanlardan laborator müayinə üçün nümunələr götürülməyib. Laborator müayinə məqsədilə məcburi kəsilmiş heyvanın ətindən və hadisə yerindən torpaq nümunələri götürülüb.

Bu səbəbdən təsərrüfatda saxlanılan canlı heyvanlarda müşahidə olunan klinik vəziyyətin qarayara xəstəliyi ilə əlaqəli olduğu hazırda laborator müayinələrlə təsdiqlənməyib.

Xəstəliyin mövcudluğu və epizootoloji vəziyyət barədə yekun qiymətləndirmə müvafiq laborator müayinələrin nəticələri və sonrakı klinik müşahidələr əsasında təsdiq oluna bilər. Təsərrüfatda epizootik vəziyyət nəzarətdə saxlanılır, heyvanların klinik vəziyyətinin müşahidəsi və zəruri baytarlıq-sanitariya tədbirləri davam etdirilir.

Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi ilə xidməti müqavilə əsasında fəaliyyət göstərən baytarlıq mütəxəssisləri tərəfindən Gəncə şəhəri və ətraf ərazilərdə, həmçinin Samux rayonu ərazisində xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı profilaktik tədbirlər həyata keçirilir. 2026-cı ilin birinci yarısında dabaq, qarayara, infeksion nodulyar dermatit, xırdabuynuzlu heyvanların çiçəyi, quduzluq və digər xəstəliklərə qarşı planlı peyvəndləmə tədbirləri aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Trampdan İrana yeni zərbələrin ANONSU

Trampdan İrana yeni zərbələrin ANONSU

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Ötən ay nə qədər ərazi minalardan təmizlənib?

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Magistraturaya qəbulda danışıq imtahanı ilə bağlı YENİLİK – RƏSMİ

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi – FOTO

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi – FOTO

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Noyabrın 1-dən...

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Noyabrın 1-dən...

Niyə mikrofon qarşısında özümüzü itiririk? – Şüurumuza yeridilmiş “olmaz”ların dilimizdə yaratdığı QÜSURLAR

Niyə mikrofon qarşısında özümüzü itiririk? – Şüurumuza yeridilmiş “olmaz”ların dilimizdə yaratdığı QÜSURLAR

End of content

No more pages to load

RADİO