Prezident İlham Əliyev "Toxumçuluq haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci və 13-cü bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında toxumun istehsalı, emalı, tədarükü, saxlanması, daşınması, ticarət dövriyyəsi, o cümlədən idxalı və ixracı, sertifikatlaşdırılması və keyfiyyətinə nəzarətlə bağlı yaranan münasibətləri tənzimləyir, bu sahədə fəaliyyət göstərən subyektlərin və dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
Qanun layihəsi 6 fəsildən, 27 maddədən ibarətdir.
Yeni qanunla buradan tanış ola bilərsiniz.
Dövlət başçısı "Toxumçuluq haqqında" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman da imzalayıb.
Bizim.Media